• Tərəzi bürcünün bilmədiyimiz tərəfləri

Reseptin məlumatları Baxış sayı: 2 350

Tarix : 3-09-2018, 20:00

Bölmə : Bürclər


Hava ünsürü
Rəngi: Pastel tonlar
Planet: Venera

Şəxsi xüsusiyyətləri:
Hamı onları qərarsızlıq simvolu kimi tanıyır. Ritmik hərəkətləri ilə rəqs edirmiş kimi bir həyat yaşayırlar. Onların yanında əsəbilikləriniz yox olur. Onların nə fikirləşdiyini heç vaxt başa düşə bilməzsiniz. Onlar yüksək intellektə malikdirlər. İncəsənətlə bağlı bütün söhbətlərdə aktiv iştirak edirlər. Ailə münasibətlərində tərəzilər dava-dalaşdan, söz-söhbətdən qaçırlar. Onlar problemlərdə çox vaxt güzəştə gedirlər və ailə problemlərinin həllini özləri düzüb qoşurlar. Gülümsəyən çöhrəsinin altında çox güclü bir eqo gizlənib. Sevgi planeti olan Venera tərəfindən idarə edildiklərindən sevgi və sənət onların həyat elementləridir. Onlar tələsikliyi sevmirlər, çox səbirlidirlər. Nəyəsə pis olandan bunu çox dərindən yaşayırlar. Dinləməyi çox yaxşı bacardıqları kimi çox yaxşı məsləhətlət də verirlər. Çox ağıllıdırlar. Eyni zamanda saf və təmiz qəlbli olduqlarından insanlara bəzən çox tez inanırlar. Onlar musiqini çox sevirlər, düşünürlər ki, sözlərlə ifadə edilə bilməyən şeyləri insanlara musiqi çatdırır. Tərəzi bürcü insanları haqsızlıqla qarşılaşmağı və haqsızlıq etməyi heç sevmirlər. Onların pislik etdiyini görmək mümkün deyil. Belə bir səhv etdikləri halda isə bu onları çox sarsır, vicdan əzabı çəkirlər. Onların mənfi xüsusiyyələri isə qərarsızlıq, qısqanclıq və tənbəllik var.

Fiziki xüsusiyyətləri:
Fiziki xüsusiyyətləri çox güclüdür.Bürclər arasında ən gözəl şəxslərdir. Uzun boylu, incə bədənli, yumru üzlüdürlər. Tünd rəngli gözləri var. Kaprizlidirlər. Son dəbi izləmədikləri halda özlərinə yaraşanı geyinirlər. Gülümsəyəndə əldə edə bilməyəcəkləri bir şey yoxdur.
Etiketlər: Onlar, Onların, xüsusiyyətləri, insanlara, həyat, yaşayırlar, qərarsızlıq, sevmirlər, onları, Fiziki, yaxşı, halda, Venera, çatdırır, Tərəzi, insanları, haqsızlıqla, bürcü, haqsızlıq, etdiyini
BİZİ İZLƏYİN