• Dolça bürcünün bilmədiyimiz tərəfləri

Reseptin məlumatları Baxış sayı: 2 754

Tarix : 17-11-2018, 20:00

Bölmə : Bürclər


Hava qrupu
Rəngi: Mavi rəngin müxtəlif çalarları, yaşıl
Planet: Uran (Saturn)

Şəxsi xüsusiyyətləri:
Xəyal gücləri sərhədsiz olmaqla birlikdə, fikirləri olduqları anın sonrasında, məntiqli və hisslidir. Dolçalar dik başlıdır. Qarşısındakı insanın onların nə demək istədiyini anlamadıqlarını düşünürlər. Onları təsvir edən söz “bilirəm”dir. Dolça bürcü insanları mehriban xaiyyətləri ilə tanınırlar. Təkcə özlərini deyil, ətraflarındakı hər kəsi düşünürlər. İrq, cinsiyyət və sosial vəziyyətindən asılı olmayaraq hamının eyni imkanlara sahib olmasını istəyirlər. Müasir görünüşlərinə baxmayaraq inadkar və sabit fikirli olurlar. Bunlara baxmayaraq onlara yaxınlaşmaq çox çətindir. Çünki, nə qədər mehriban və dost canlı olsalar da insanlarla aralarında həmişə bir məsafə saxlayırlar. Şəxsi azadlıqları onlar üçün o qədər əhəmiyyətlidir ki, buna görə ən yaxın əlaqələrini kəsib ata biləcəkləri kimi, yenə azadlıqları naminə hər cür fədakarlıqda edə bilərlər. Buna görə də dolçalara ailə həyatı bir az çətin gəlir. Çox vaxt yeni şeylər kəşf edə bilmək üçün çalışırlar. Müəyyən qanunları sonuna qədər müdafiə etmələri onları heç vaxt narahat etmir.

Fiziki xüsusiyyətləri:
Orta və uzun boylu olurlar. Düzgün bədən quruluşu, açıq sarı saçlar, tünd gözlər ən bariz xüsusiyyətləridir. Dolça qadınlarının üzləri çox gözəl olur. Yaşlanana qədər özlərinə çox yaxşı baxırlar. Metabolizmalara çox həssasdır. Təbii dərmanlar onlara daha yaxşı təsir edir. Bir anda başlayan sürətlə yaxşılaşan və iz buraxmadan maraqlı bir şəkildə sağalan xəstəlikləri müşahidə olunur. Müstəqillik və yaradıcılıqlarını istifadə edə biləcəkləri işlərdə zövqlə çalışarlar. Sadə işlər onları çox sıxır. Dolçalar uşaqlarının ən az özləri qədər azad və özlərindən irəli, yaxşı öyrədilmiş olmalarını istəyərlər. Uşaqlarla yaşlarından böyük mövzuları danışıb, onların tam anlaya bilməyəcəyi şeyləri öyrətməyə çalışarlar. Uşaqları ilə yaxşı əlaqələr qura bilirlər. Öz fikirlərini dəyişdirməməklə birlikdə uşaqlarının düşüncələrinə dəyər verirlər.
Etiketlər: qədər, yaxşı, azadlıqları, onlara, birlikdə, mehriban, çalışarlar, uşaqlarının, onların, Dolça, düşünürlər, Dolçalar, olurlar, Şəxsi, onları, baxmayaraq, xüsusiyyətləri, biləcəkləri, dərmanlar, gözəl
BİZİ İZLƏYİN