• Bürclər haqqında bilmədiyiniz maraqlı məlumatlar

Reseptin məlumatları Baxış sayı: 44 018

Tarix : 17-04-2019, 10:00

Bölmə : Bürclər


QOÇ – İlk addımı atmaqdan qorxmaz.
Qoçların ən çox bildiyimiz xüsusiyyəti isə özlərinə olan inamlarıdır. Lakin digər bir çox bürcün əksinə qoçlar heç bir mövzuda ilk addımı atmaqdan qorxmurlar. İlk öpüş və ya müzakirə edilməsi lazım olan bir mövzunu uzatmadan danışmağa başlamaq... Hər hansısa bir mövzuda qoçların açıqsözlü və cəld davranışları qarşısında təəccüblənməyin, bu onların təbiətində var.

BUĞA – Fiziki toxunuşlar onların sevgilərini bildirmə şəklidir.
Buğa bürcü məsuliyyət sahibi və səbrli ola bilər, lakin kiçik bir öpüş və ya qucaqlaşmanın onlar üçün dünyalar qədər önəmli olduğunu bilirdiniz? Buğalar sevgisini və duyğularını toxunaraq bəlli edir və qarşısındakından da eynisini gözləyər. Əgər partnyorunuz buğa bürcüdürsə, sadəcə əlini tutmaq belə onun kefini yerinə gətirməyinizə kömək edəcəkdir.

ƏKİZLƏR – Hər şeyi bacarırlar.
Hər şeyə olan maraqları və daima yeni şeylər öyrənmə çabasında olan əkizlər bürcü sınadığı hər şeydə professional olma bacarığına sahibdir. Asan qavrama qabiliyyətləri yeni şeylər öyrənərkən onlara çox kömək olur. İstəsə aşçı, istəsə fotoqraf, dizayner, mühasib və s. əkizlər bürcü bir gecədə professional olacaqdır!

XƏRÇƏNG – Okean onların terapiyasıdır.
Xərçəng bürcləri də sadiq, duyğusal və empatiya bacarıqlarına sahib, olduqca bacarıqlı insanlardır. Bilmədiyimiz şey isə okeanların onların üzərindəki təsiridir... Xərçəng bürcləri üçün okean bir növ müalicə təsirinə malikdir, xüsusilə sıxıntılı zamanlarında suyun yaxınlarında olmaqları onlara lazım olan enerjini verir. Xərçəng bürcü dostlarınızın tam sahil bürcü olduğunu indi anladınız.

ŞİR – Gücünü nümayiş etdirməkdən alır.
Şirlər şən, cazibədar və yaradıcı xarakterlərə sahibdirlər, bütün bunlar bir araya gələndə isə içlərindəki nümayiş, sərgiləmə hisslərini dayandıra bilirlərsə, onlara halal olsun! Artıq bir teatr klubunamı qatılarlar, yoxsa axşamları musiqi qrupu ulə səhnəyəmi çıxarlar özlərinə qalıb, amma bənzər şeylər etmədən dayana bilməyəcəkləri kəsindir, çünki qanlarında var!

QIZ- Ən yaxşı tələbədir.
Qız bürcləri ümumiyyətlə pratik və çalışqandır, hətta vəzən mükəmməliyyətçi də ola bilərlər, amma bu xüsusiyyətləri onları möhtəşəm bir tələbə edir. Öyrənməyi həqiqətən çox sevirlər və çalışmaq onları üçün ən sevimli fəaliyyətdir. Diqqət etsəniz, ətrafınızdakı qız bürcləri bir diplom ilə yetinmədiyini görəcəksiniz. Hər zaman daha yaxşı və daha yüksək nəticələr əldə etməyin arxasınca qaçarlar.

TƏRƏZİ – Doğuşdan dinləmə qabiliyyətinə malikdirlər.
Tərəzilərin ədalət duyğuları sosial münasibətlərinə olduqca təsir edir, bunu qəbul edirik. Eyni zamanda onların nə qədər yaxşı bir dinləyici olduqlarını da qeyd etmək lazımdır. Bir tərəzinin ən güclü qabiliyyəti qarşısındakı insanları diqqətli şəkildə dinləyib anlamasıdır. Əgər kiməsə sözünüz kəsilmədən və maraqla danışmaq istədiyiniz bir mövzu varsa, o insan tərəzi olmalıdır.

ƏQRƏB – Ən yaxşı yumor hissinə sahibdir
Əqrəblər dürüst, cəsur və özünə güvənən insanlar olmalırı ilə birlikdə sizi qəhqəhələrə boğan bir xüsusiyyətə sahibdirlər. Lakin əqrəblərin özlərinə xas zarafat, incə mizah anlayışı var. Növbəti dəfə kefinizin açımasını istədiyinizsə bir əqrəb dostunuza zəng etməyi unutmayın!

OXATAN – Ən yaxşı yol yoldaşıdır.
Oxatan bürclərinin nə qədər enerji dolu olduğunu bilirik, bəs möhtəşəm bir yoldaş olduqlarını hiss eləmişdiniz heç? Açıq fikirli yaradılışları ilə macəraya olan eşqləri bir arada olanda yeni yerlər gəzmək təklifini heç vaxt rədd etməyəcəkdir! Demək istədiyimiz, əgər əyləncə ilə dolu, monoton olmayan bir səhayət istədiyinizsə, oxatan bürcü olan dostunuzu dəvət etməyi unutmayın!

OĞLAQ – Ən yaxşı sirdaşdır.
Oğlaqlar məsuliyyətli bir xarakterə və iradə gücünə sahibdirlər. Bu da onların çox yaxşı bir sirdaş olmalarının ən böyük səbəbidir. Bir oğlaq özəl məsələlərinizi heç vaxt başqası ilə bölüşməz, bu onun ağlının ucundan belə keçməz! Yəni heç kimə deyə bilmədiyiniz, amma artıq içinizdə tuta bilmədiyiniz bir sirriniz varsa, açıqlamalı olduğunuz insan mütləq oğlan bürcü olmalıdır.

DOLÇA - Ən yaxşı tövsiyyələri verir.
Qızıl qəlbli olaraq tanınan dolçaların azad düşüncəli və dürüst olduqlarını bilirik. Lakin onlar haqqında çox da bilinməyən bir xüsusiyyət varsa, o da ailə və dosrlarına ən yaxşı tövsiyyələri verən insanlar olduqlarıdır. Doğrunu deməkdən çəkinməyən dolçalar bu xüsusiyyəti onların tövsiyyə və məsləhətlərini də dəyərli qılır. Gələn dəfə dürüst bir tövsiyyəyə ehtiyacınız olsa, kimdən soruşacağınızı bilirsiniz...

BALIQLAR – Köməyini əsirgəməz
Balıqlar bürcü həmişə mərhəmətli, həssasdır. Yaxşı sezmək bacarığına sahibdirlər. Bunlarla yanaşı, onların ən önəmli xüsusiyyəti köməksevər bir təbiətə malik olmalarıdır. Əgər haçansa köməyə ehtiyacınız olsa, balıqlar bürcü hər zaman yanınızda olacaqdır.
Etiketlər: yaxşı, bürcü, onların, bürcləri, sahibdirlər, şeylər, Xərçəng, varsa, onlara, olduğunu, xüsusiyyəti, qədər, özlərinə, dürüst, Lakin, olduqlarını, bilmədiyiniz, istədiyinizsə, etməyi, sahibdir
BİZİ İZLƏYİN