• Həyat yoldaşınız öz bürcünün xüsusiyyətlərini daşıyırmı

Reseptin məlumatları Baxış sayı: 26 423

Tarix : 10-05-2015, 11:00

Bölmə : Bürclər


Qoç bürcü
Həyat yoldaşınız Qoç bürcündəndirsə, işiniz çətindir. Diqqətli olun! Hər an hücuma keçib sizi oyundankənar vəziyyətə sala bilər.

Buğa bürcü
Buğa bürcündən olanlar bir az simic və işini biləndir. Bu cür vəziyyətlərə vərdişkar deyilsinizsə, məsafə saxlasanız, yaxşı olar.

Əkizlər bürcü
Hərəkətli və mürəkkəb tipdir. Hansı yeməyi sevər, hansını sevməz, hansı hərəkətdən xoşlanar - baş açmaq olmur. Hər dəqiqə dəyişə bilər. Buna görə də hər vəziyyətə alışmalısınız.

Xərçəng bürcü
Sakit, yaxşı xasiyyətli ərdir, təkcə inadkarlığı var; qapıdan çıxsa, bacadan geri gələr. Evdə oturmaq üçün ürəyi gedər.

Şir bürcü
Qoruyucu ailə başçısıdır. Evdə nüfuz küləkləri əsdirər. Lüksü sevər. Fikrindən tez dönməz, qərarlıdır.

Qız bürcü
Qız bürcündən olan ərlərin varlıqlarıyla yoxluqları bilinməz. Vasvasılıqları ilə evdəkiləri bezdirdiyi vaxtlar da olur.

Tərəzi bürcü
Demək olar ki, yaxşı həyat yoldaşıdır. Tarazlığı təmin etmək üçün səy sərf edər. Bu səylər çox vaxt insanlar tərəfindən bəyənilər.

Əqrəb bürcü
Qısqancdır. "Öz halına buraxın, çox da baş qoşmayın” demək ən doğru fikirdir.

Oxatan bürcü
Gəzməyə maraqlı olduqlarından həyat yoldaşlarını ev işləri mövzusunda sıxmaz. Həyat yoldaşıyla çöldə yemək yemək, birlikdə idman etmək kimi fəaliyyətlərə əhəmiyyət verər.

Oğlaq bürcü
Oğlaqlar səbirli və anlayışlıdır, həyat yoldaşına uyğunlaşar, problemsiz evlilik yaşayar və yaşadar.

Dolça bürcü
Dolça bürcündən olanlar rahatlıq verən, anlayışlı, sevdiyi üçün hər şeyi edən və sevgisini gözəl yaşayandır. Onunla problemsiz bir evlilik yaşayarsınız.

Balıq bürcü
Romantikdir, hətta həddindən artıq. Sənət sahələsində uğur qazanma şansları çox yüksəkdir.
Etiketlər: bürcü, bürcündən, yaxşı, həyat, olanlar, problemsiz, evlilik, Dolça, sevər, vəziyyətə, bilər, Həyat, yemək, etmək, olduqlarından, maraqlı, birlikdə, sıxmaz, yoldaşıyla, çöldə
BİZİ İZLƏYİN