• Bəyəndiyiniz oğlanı bürcünə görə necə cəlb edə bilərsiniz?

Reseptin məlumatları Baxış sayı: 28 452

Tarix : 13-06-2015, 14:00

Bölmə : Bürclər


QOÇ - odla əlaqədar bürc olduğu üçün kefli, əyləncəli şənliklər məhz onun xarakterindədir. Qoç oğlanlar onlarla fəxr edəndə çox sevinirlər. Lakin onlar daimi olmurlar. Bu bürcə məxsus olan oğlanların sevgililəri güclü xarakterə məxsus olmalıdırlar.Qoçu heyərtləndirmək üçün onlar özlərini ən yaxşı tərəfdən göstərməyə çalışmalıdırlar. Çoş kişilər maneələri aşmağı çox sevirlər. Məhz buna görə də siz onun yolunda aşa bilməyəcəyi maneə olmalısınız.Sizi özünə tabe etmək nə qədər çətin olsa o qədər də o bunu eləməyə can atacaq. Ancaq sərhədi keçməyin....

BUĞA - oğlanlar çox düzgün xarakterli olurlar. Heç vaxt kiminsə xətrinə dəymirlər, əgər nəsə olsa da bağışlayırlar. Onlar həmdə qonaqpərvər, mehriban olurlar. Bu cür qızıl xarakterli oğlanları yalnız onların gözəlliyə olan sevgilərindən istifadə etməklə cəlb etmək olar. Onlar rəssamlığı və musiqini çox sevirlər. Onun üçün nəsə oxu və ya nəsə bir şəkil çək . Buğa oğlan çox sevinəcək. Geyimə gəldikdə isə incə və havalı bir şeylər geyinmək məsləhətdir.

ƏKİZLƏR - çox tezliklə doztluq münasibətləri qursalar da bunu çox tezliklə də dağıdırlar. Əkizlər bürcündə olan oğlanları cəlb etmək üçün daima yüksəkdə sən olmalısan və hər gün yeni bir şeylər ortaya çıxartmalısan.Çünki bu bürcə məxsus olan oğlanlar yanlarında olan qızlara çox tez örgəşirlər və çox tez də bezirlər və bu bezginlik məqamında əgər yaxınlıqdan hər hansı bir gözəl qız keçirsə onun gözləri dərhal o qıza tərəf yönlənir...Ona görə də fantaziyalarıniza yer verin ki, Əkizlər darıxmağa vaxt tapmasınlar. Əks halda olacaqları bilirsiniz də...

XƏRÇƏNG - əsas xüsusiyyəti hissiyatlılıqdır. Onlar çox həssas insanlar olurlar. Ona görə də ehtiyatlı olun. Əgər onun xətrinə dəyəcək nəsə desəniz onu həmişəlik itirə bilərsiniz. Xərçəng oğlanlar diqqəti və komplimenti çox sevirlər, ona görə də onları istedadlarına uyğun tərifləsəniz bu sizin işinizə yaraya bilər.

ŞİR - aristokrat,ürəyiaçıq, cəsarətli olurlar. Şah olmağı bacarırlar sadəcə olaraq birinci olamaları kifayətdir. Sən isə yalnız onun yanında birinci xanım olmalısan. Şirlər özlərindən çox razıdırlar. Əgər sən özünü şəhzadə kimi – hökmlü və cazibədar göstərsən onun marağını cəlb edəcəksən. Şirlər özünə hörmət edən və başqalarına dost kimi yanaşan qızlardan çox xoşlanırlar.

QIZ - bürcündə olan oğlanlar çox utancaq, sirlidirlər. Onlar öz istəklərinə inadkarlıqlarının və öz alın tərləri ilə gördükləri işlərin sayəsində çatırlar. Əgər onlar bir işi öhdələrinə götürüblərsə çətin ki, həll etməmiş buraxsınlar. Qız oğlanlar dərinliklərə varmağı çox xoşlayırlar və səliqəsizliyə nifrət edirlər.Ona görə də onunla görüşə gedəndə üst-başınızın səliqəliliyinə fikri verin.

TƏRƏZİ - eleqantlılıq, incəlik nümunəsidirlər.O qədər cazibədar heyranedicidirlər ki dayanmaq mümkün deyil. Onun yumuşaq xarakterini və spora meyilli olmamasını hamı qiymətləndirir. Tərəzi oğlanlar üşün ideal qız: ədalətli, harmoniyalı və güclü xarakterlidir. Onları ən çox ağıl cəlb edir. Bu xarakterləri özündə inkişaf etdir və Tərəzi oğlan sonsuza qədər sənin olacaq.

ƏQRƏB - sirli, temperamentli, təmizürəkli, cəsarətli, güzəştə gedən, qayğıkeş olurlar. Təsadufən ayağın sürüşsə köməyə qaçırlar. Onlara ağlayıb öz dərdlərinizi aça bilərsiniz lakin rola girməyin. Dərhal gözündən düşərsiniz.

OXATAN - bu hisslərlə duyğuların harmoniyasıdır. Gözəlliyə həddən ziyadə sevgiləri var və ünsiyyəti asanlıqla qururlar. Onlar optimist və güvənilən biridirlər. Ürəklərində əsl sevgi və xöşbəxt ailə arzulayırlar. Romantikanı və səyahəti sevirlər. Onun diqqətini cəb etmək üçün əsas məqam səyahətdir. Bunun üçün sən incə və sərgüzəştlərə bağlı biri olmalısan.

OĞLAQ - sakit, işgüzar, daima məşğul biridir. O hər şeyi dərininə kimi hesablayır ona görə də onunla gözlənilməz hallar demək olar ki baş vermir. Bütün bunlarla yanaşı bu güllə keçirtməz adam komplimentlər və müxtəlif incəliklərə çox həssas yanaşır. Buna görə əsas məqsədin güləzüz, incə və mehriban olmalıdır.

DOLÇA – xəyalpərəst, yumşaq olurlar. Kimisə xilas etməyi və qorumağı xoşlayırlar. Bizə də nə lazımdır??? Biz qaddınlar zərif və həssasıq və ətrafımız təhlükələrlə doludur. Bu bizim əsas silahımızdır. Bu yolla sən Dolçanı cəlb edə bilərsən. Sadəcə olaraq köməksiz vəziyyətdə dayan birdə görəcəksən ki, Dolça köməyə gəldi.

BALIQLAR - sülhsevər, fantaziyalı, mistikaya meyillidirlər. Ona görə də onun hər hansı bir qeyri-adi tanışlıq xoşuna gələ bilər. O bu zaman səninlə razılaşacaq çünki, onlar suyun axarına üzməyi xoşlayırlar. Təşəbbüs göstər. Onu kafeyə və yaxud kinoya dəvət elə. Balıqlara qarşı ən güclü silahın cəsarətlilik və gözlənilməzlikdir.
Etiketlər: oğlanlar, olurlar, Onlar, etmək, qədər, onlar, sevirlər, məxsus, olmalısan, güclü, xoşlayırlar, xarakterli, olaraq, çətin, bürcündə, Əkizlər, özünə, cazibədar, tezliklə, bilər
BİZİ İZLƏYİN