• Bürclərə görə qadınlar nəyə əsəbləşir?

Reseptin məlumatları Baxış sayı: 14 030

Tarix : 18-01-2016, 12:00

Bölmə : Bürclər


QOÇ
Tez hirslənər, qışqırar çağırar qapını çarpıb çıxa bilər. O anda iki cüt gözəl söz desəniz belə Qoç manqal kimi yanar, alovlanar sonra durulur.
Sizi ən çox təkrarlanan bir həyat, sınırlandırılmaq, tənqid olunmağa, haqqınızı tapdalanması, üstünüzə çıxılmaqla hirsləndirər.

BUĞA
Qaya kimi sərt hirsləri vardır. Ancaq bir yerə qədər təbii ki. Bir hirslənməyə görün, ətrafınıza qışqırıb çağırmağa başlarsınız, sonra da uzun müddət küsülü qalarsınız. Sizi ən çox, üzərinizə gəlinməsi, qarnınızın acması, cüzdanınızın itməsi, danışmağa zorlanılması hirsləndirər.

ƏKİZLƏR
Əsəbiləşdiyində bir o yana bir bu yana gedər, əl qol hərəkətləri edər, davamlı danışar. O sırada biri təskinlik etməyə cəhd etsə belə dinləməz, bildiyini oxuyar. Sizi ən çox, susdurulmaq, dayandırılma, açarınızı, telefonu itirmək hirsləndirər.

XƏRÇƏNG
Əgər bir şeyi hirslənmişsə, birbaşa olaraq içinə bağlanar. Telefonları bağlayar, heç səs etməz, duyğularını da heçmi heç müəyyən etməz. Ən güvəndiyi yer haradırsa oraya sığınar. Hirsləndiyində dərdini izah edəcək bir söz tapa bilməz. Sizi ən çox sirlərinizi öyrənilməsi, xüsusi əşyalarınızı qarışdırılması, köhnə dəftərlərin qarışdırılması halları hirsləndirər.

ŞİR
Əsəbiləşdiyində tənqid oxlarını qarşısındakına batırar, hətta özünə belə zərər verə bilər, acı sözlə qırmaqdan heçmi heç çəkinməz, sonra da bir daha dönməmək üzrə çıxıb gedər. O anda heç bir şey onu dayandıra bilməz. Sizi ən çox aldadılma, yalan və dolan, tənqid olunmağa, təqdir görməmək, yüngülə alınmaq hirsləndirər.

QIZ
Əsəbiləşdiyində ilk reaksiyası özünə divar hörmək, ardına saxlanıb ətrafından şikayətçi olmaqdır. Belə anlarda əgər narahat etsəniz zəhərli tənqid oxlarını ürəyinizin tam ortasına nişan ala bilər. Kimi Qızlar da gərginlik anında siyirtmələri, şkafları boşaldar, işə yaramayan xırda zıvırları qaldırıb ata bilərlər. Ən təmiz paltarlarını belə təkrar yumaq istəyə bilər. Sizi ən çox dağınıqlıq, pislik, qeyri-müəyyənlik, şübhə hirsləndirər.

TƏRƏZİ
Əsəbiləşdiyinsə çox cazibədar bir şəkildə gülümsəyər, qarşısındakını mat edənə qədər də bunu davam etdirir. Ağzına pis söz almaz. Ancaq kim haqlı, kim haqsız təsbit edilənə qədər danışar. Nəzakətiylə qarşısındakını yola gətirməyi gec-tez bacarar. Gördü ki, olmadı, alınmır məkanı tərk edər.
Sizi ən çox pulsuzluq, aldadılma, kobudluq və rahatınızın pozulması hirsləndirər.

ƏQRƏB
Əsəbiləşdiyində onunla başa çıxılmaz, qarşısı və susdurulmaz. İdarəsini itirdiyində fırtına kimi əsər, önünə gələni arxasına sürüyər. Qırar, tökər, hətta hirsi keçsə belə, hadisəni unutmaz. Ertəsi günü təkrar xatırlayar və eyni şiddətlə hirsini tökər.
Sizi ən çox, aldadılma, aldadılmaq, fikirlərinizə qarşı gəlinməsi və şübhə öfkələndirir.

OXATAN
Hirsləndiklərində davamlı danışarlar. Hadisəni şişirdərlər, içindən çıxılmaz hala gətirərlər. Hətta çox hirslənərlərsə, nəyiniz var nəyiniz yoxsa ortaya tökərlər. Belə anlarda onu susdurmaq, bəs etdirməniz mümkün deyil. Ya dinləyəcəklər, yaxud da məkanı tərk edəcəksiniz. Sizi ən çox qaydalar, qeyri-kafi olmaq hirsləndirər.

OĞLAQ
Əsəbiləşdiyində bir aysberq kimi gözlərinin içinə baxır, baxır və sonra ən ağır sözləri tək-tək cümlələr halında üzünüzə qışqırar. O sözlərin altından qalxa bilmək çox asan deyil. Ardından üzünü elə bir asar ki, danışdırmaq mümkün olmaz. Günlərlə sizinlə danışmaz, öz başına qalmağı seçər.
Sizi ən çox tənbəllik, yalan-dolan, ikiüzlülük, hörmətsizlik hirsləndirər.

DOLÇA
Əsəbiləşdiyində məsafə qoyar, uzaqlaşar və ya lazımdırsa sonuna qədər özünü müdafiə edər, sərt reaksiyalar göstərə bilər, üsyankar cavablar verə bilər.
Fikirlərini asan dəyişdirməz, əksinə sonuna qədər inadlaşar. Əgər çox hirslənmişsə, qarşısındakı təhdid edə bilər. Əsla unutmaz, sərt davrana bilər.
Sizi ən çox yalan, nankorluq, təzyiq altına alınmaq, adi biri olaraq görülmək hirsləndirər.

BALIQLAR
Əsəbiləşdiyində mübarizə aparmaq yerinə, dərhal mühitdən uzaqlaşır və içinə qapanar. Ya mahnı oxuyaraq, ya şeir yazaraq və yaxud da gün tərəfindən tutaraq çətinliklərini boşalda bilər. Balıqlar isə fərqində belə olmadan davamlı bir şeylər yeyərək gərginliklərini aradan qaldırmağa çalışa bilərlər.
Sizi ən çox aldadılma, sirlərinin ortaya çıxması hirsləndirər.
Etiketlər: hirsləndirər, bilər, Əsəbiləşdiyində, qədər, aldadılma, tənqid, sonra, yalan, davamlı, içinə, hətta, özünə, danışar, gedər, sonuna, baxır, heçmi, etməz, yaxud, qarışdırılması
BİZİ İZLƏYİN