Qoç: Qırmızı və mərcan tonlarını sevən qoç qadını, maraq mərkəzində olmaq istəyər. Buna görə diqqət çəkici parlaq rənglər və iddialı modellər qoç bürcünə mənsub olanlara çox uyğundur.
Buğa: Çətin bəyənər və gözəl olan hər şeyə sahib olmaq istəyər. Bəyəndiyi geyimə, qiyməti nə olursa olsun sahiblənər. Yetər ki, keyfiyyətli olsun.
Əkizlər: Ümumiyyətlə idman və rahat geyimləri seçsə də dəyişən xarakteri onu geyimdə də fərqli olmağa məcbur edər. Mavinin bütün tonlarını sevər və özünə yaraşdırar.
Xərçəng: Nümayişi sevməz. İdeal rəngləri; ağ, gümüşü, uçuq boz və bənövşəyi rənglərdir. Az bəzəklərlə bəzənmiş açıq rəngli bikinini xərçəng qadını üçün uyğundur.
Şir: Özünə inamı seçiminə də əks olunar. İddialı, bəzəkli, daşlı bikinini, gümüş və qızılı kimi cəsur rəngləri seçər.
Qız: Çalışqan qız qadını, hər şeyin ən yaxşısını və ən keyfiyyətlisini istəyər. Sarı tonları qız qadını üçün çox idealdır.
Tərəzi: Tərəzi qadını sadə və açıq rəngləri seçim etməsinə baxmayaraq, bu tonlara fərqlilik qatan qeyri - adi detallara əhəmiyyət verər. Ahəng sevdiyi üçün də bikinisiylə uyğunlaşma təmin edəcək çimərlik paltarları olmadan çimərliyə getməz.
Əqrəb: Cəsarətli geyinən əqrəb qadını, heç kimin cəsarət edə bilməyəcəyi seçimlər edər. Rahat və göstərişi sevdiyi üçün seksual mayolara üstünlük verər. İdeal rəngləri qara,qırmızı və tünd qırmızıdır.
Oxatan: Təbiətə düşkündür, çiçək işləmələri sevər. Tünd göy və bənövşəyi, imtina edilməz rəngləri arasındadır.
Oğlaq: Qəşəng və rahat geyimləri seçər. Mayo və bikini seçimində bir rəng və sadə modellərdən xoşlanar. Neft rəngi və qəhvəyi ona yaraşar.
Dolça: Çılğın paltarlar geyinməyi sevən dolça qadını, yenilik və dəyişikliyə açıqdır. İddialı modellərdən, tünd göy və gecə mavisi rənglərdən xoşlanar.
Balıq: Nə çox parlaq nə də çox soyuq olan, orta tonları seçən balıq qadını, dəniz mavisini və boz tonlarını sevər. Ümumiyyətlə sadə geyimin tərəfdarıdır.
Etiketlər: qadını, rəngləri, istəyər, sevər, tonlarını, rahat, uyğundur, modellərdən, İddialı, xoşlanar, seçər, geyimləri, olsun, bikinini, tonları, bənövşəyi, İdeal, olmaq, verər, Ümumiyyətlə