• Büclərə görə ağıl və düşüncə tərzi

Reseptin məlumatları Baxış sayı: 14 110

Tarix : 31-01-2016, 18:00

Bölmə : Bürclər


Qoçdakı Merkuri: Sürətli düşünər. Yeni düşüncələrə açıqdır. Sözlərini əsirgəmədən danışa bilər. Təhlükəli vəziyyətləri hiss edərək dərhal reaksiya verə bilər. Bir fikri inandırıcı şəkildə ortaya qoya bilər. Sürət tələb edən işlərdə müvəffəqiyyətlidir. Səbr və həddindən artıq diqqət tələb edən işlər ona görə deyil.

Buğadakı Merkuri: Yavaş amma həzm edərək öyrənər. Öyrəndiklərini bir daha unutmaz. Praktik düşüncələrə malikdir. Xərc şüuru vardır. Vədəli işlərdə son dərəcə müvəffəqiyyətlidir. Yeniliklərə çox açıq deyil.

Əkizlərdəki Merkuri: Son dərəcə cəld civə kimidir. Öyrənməyə açıqdır. Çox sürətli danışa bilər və hərəkət edə bilər. Yeni şeylərə adaptasiya olmaqda ustadır. Düz danışma xarici dil və təqlid qabiliyyəti də vardır. Narahat və meymun iştahlı da ola bilər.

Xərçəngdəki Merkuri: Hissiyat yüklü asan təsirlənən bir ağlı vardır. Keçmişdə yaşananlar onu davamlı məşğul edə bilər. Yaddaşı güclüdür. Qabiliyyətli bir əhvalat izah edicisi ola bilər. Hissiyat gücü yüksəkdir buna görə psixoloji məsləhətçilik ona uyğun ola bilər. Böyük risklər almağı sevməz.

Şirdəki Merkuri: Böyük proyektləri sevər və özündən əmin bir şəkildə danışar. Düşüncələri ilə maraq oyandırmağı sevər. Müəyyən sabit fikirləri vardır. Yönəldici sahədə müvəffəqiyyətli ola bilər. İstiqanlı və comərd fikirləri vardır. Düşüncələri ilə canlandırıcı və ilham vericidir. Ümumiyyətlə optimistdir. Ancaq həddindən artıq vəziyyətlərdə çox qürurlu hərəkət edə bilər.

Qızdakı Merkuri: Son dərəcə diqqətlidir və diqqətli düşünə bilər. Yaxşı bir təşkilatçıdır. Dəqiq, qəti bir tərzi vardır. Düşünmə qabiliyyəti çox inkişaf etmişdir. Çox dəqiq düşündüyü üçün bəzi yönlərdə çətinlik çəkə bilər. Hətta mənfi vəziyyətlərdə çox tənqidi və davamlı şikayət edən bir rəftar da sərgiləyə bilər.

Tərəzidəki Merkuri: Uyğunlaşma gətirən uğurlu düşüncələrə malikdir. Estetik baxımdan inkişaf etmiş bir ağlı vardır. Hadisələri tərəfsiz olaraq görməyə çalışar və səs-küydən, tələsikdən xoşlanmaz. Qərar verməyi uzun çəkər. Dost canlısı ictimai mövzularda müvəffəqiyyətli və etdiyi işə zəriflik və sənət qatan biridir. Ancaq çox rəqabət tələb edən işlərdə müvəffəqiyyətli olmaya bilər.

Əqrəbdəki Merkuri: Qərarlı araşdıran və hiss sahibli bir ağlı vardır. Bir dedektif kimidir. Hadisələrin ardında yatan gerçəkləri açığa çıxarda biləcək qabiliyyətlərə malikdir. Müəyyən zaman mərhəmətsizcə danışa bilər. Konsentrasiya qabiliyyəti vardır. Hissləri ümumiyyətlə doğrudur. Ancaq mənfi yönüylə çox israrçı və həddindən artıq gizləyici də ola bilər.

Oxatandakı Merkuri: Geniş düşünməyi sevən biridir. Diqqəti ümumiyyətlə dağınıqdır. Ancaq bu mövqe adamı optimist istiqanlı və çox yönlü biri edər. Düşüncələrində fanatik olma riski də vardır.

Oğlaqdakı Merkuri: İş düşüncəsi çox inkişaf etmişdir. Çox yaxşı bir təşkilatlaşdırıcı ola bilər. Həqiqidir və qaydalara əhəmiyyət verər. İntizamın olduğu yerdə rahatlayar. Həqiqi rəftarı səbəbi ilə başqaları tərəfindən çox pessimist tanına bilər. Hətta soyuq bir danışma tərzi də ola bilər. Ancaq ehtiraslı və məsuliyyət sahibidir. Həddindən artıq ənənəçi ola bilər.

Dolçadakı Merkuri: Elmi bir ağıla və hisslərə malikdir. Dəqiq düşünə bilər və son dərəcə qərarlıdır.Hisləri ilə düşüncələrini bir-birinə qarışdırmaz, ancaq ədalətli olmağa diqqət göstərər. Fərqli görüşlərə açıqdır və son dərəcə reformist ola bilər. Liberal və insancıl düşüncələrə malikdir. Ancaq qərarlarından daşınmaz. Həddindən artıq vəziyyətlərdə çox mücərrəd və nəzəri ola bilər.

Balıqda Merkuri: Həssas və passiv bir ağıla malikdir, ancaq böyük hiss sahibidir. Bu mövqe insanların hislərini ən dərindən anlayan bir anlayışı gətirəcək. Çox ağıllı deyillər, ancaq güclü hissləri onlara böyük yol göstərər. Yaradıcılıq tələb edən sahələrdə müvəffəqiyyətli ola bilərlər. Diqqətləri asanca dağıldığı üçün ilk təhsildə qaydalar onlara görə heç asandeyil. Asanca narahatlıq yaşaya bilərlər.
Etiketlər: bilər, Merkuri, vardır, malikdir, Ancaq, artıq, dərəcə, müvəffəqiyyətli, tələb, düşüncələrə, həddindən, işlərdə, danışa, ancaq, qabiliyyəti, vəziyyətlərdə, inkişaf, etmişdir, Hissiyat
BİZİ İZLƏYİN