QoçƏgər birini arzulasam, onu əldə edənə qədər əl çəkmərəm. Amma mənə çox qadağalar qoymağa, sıxmağa başladımı, arxama da baxmadan çıxıb gedərəm. Sevdiyim insanın mənə qarşı diqqətli olması əsas şərtlərimdəndir.
BuğaMənim üçün vaxtım çox önəmlidir. Bir insana, bir münasibətə vaxt ayırmağım üçün, o adam məni sevgisinə inandırmağı bacarmalıdır. Buna görə də asan-asan münasibətə başlamıram. Amma münasibətlərdə də sönüklüyü xoşlamıram, sevdiyim insanın fantaziyaları geniş olmalıdır.
ƏkizlərNə qədər yorğun, bezgin olsam da, lazım olanda özüm-öz əhval-ruhiyyəmi qaldırmağı bacarıram. Həyata bir dəfə gəlirik, buna görə də hansısa cədvəl üzrə hərəkət etməsi sevmirəm. Mənə görə yataq həyatı nə qədər "hərəkətli” olarsa, evlilik də bir o qədər uzun olar.
XərçəngSevdiyimin həm dostu, həm sevgilisi olmaq istəyirəm. Əgər o məni dostu kimi görmürsə, deməli, yetərincə sevmir. Sevgilimin "istəklərini” təmin edə bilmədiyim gün, hətta özüm onu öz əllərimlə başqa qadının yanına göndərə bilərəm.
Şirİnsanlara qarşı çox humanist ola bilərəm. Amma bu humanistliyi çox insana qarşı göstərməyin tərəfdarı deyiləm. Çünki insanlar hər zaman onlara verilən dəyəri başa düşə bilmirlər.
QızBir insanı nə qədər çox sevsəm də, ağıl mənim üçün həmişə birinci sıradadır. Ürək ilə sevməkdənsə, ağıl ilə sevmək daha vacibdir. Mənə görə uzaqdan sevməkdənsə, yaxından sevişmək daha maraqlıdır.
TərəziÇox həssas insan deyiləm. Əgər sevgi mənim üçün qurtarıbsa, çox rahat şəkildə yoluma davam edə bilərəm. Keçmiş xatirələrlə yaşamaq mənə görə deyil.
ƏqrəbBəli, qəbul edirəm ki, mən özümdən razıyam. Mükəmməl bir insan necə özündən razı olmaya bilər axı? Məni qarşımdakı insana bağlayan ən birinci cəhət də onun özünə olan inamıdır.
OxatanHəyatı ciddiyə alanları başa düşə bilmirəm. Eləcə də münasibətlərə çox ciddi yanaşan insanları. Əgər bununla alınmadısa, başqaa biri ilə mütləq alınacaq. Burada qeyri-adi nə var ki?
OğlaqHeç vaxt idarəolunan tərəf olmağı qəbul edə bilmərəm, kiminsə məni idarə etməyə çalışması məni əsəbləşdirir. Bu qayda yataq həyatına da aiddir.
DolçaAsan əldə edilən biri deyiləm. Əgər artıq sənin yanında olmaq mənim üçün maraqlı deyilsə, ən qısa zamanda səndən uzaqlaşaram. Dəyərsiz birinə zaman xərcləməkdənsə,, daha dəyəli biri ilə bir gecə keçirərəm.
BalıqDaxilimdə heç vaxt böyüməyəcək bir uşaq var. Sadiq insanam. Əgər sevsəm, nəyə sahibəmsə, hər şeyi o insanla paylaşmağa hazıram.
Etiketlər: qədər, mənim, insana, qarşı, bilərəm, deyiləm, olmaq, insanın, münasibətə, qəbul, yataq, dostu, zaman, sevməkdənsə, sevsəm, birinci, insan, qarşımdakı, bağlayan, bilər