• Bürclərin xüsusiyyəti

Reseptin məlumatları Baxış sayı: 14 574

Tarix : 21-05-2016, 19:00

Bölmə : Bürclər


QOÇ: Çox şən bir insan olduğun bir gerçək amma o şən halından 3 saniyədə əsər qalmaya bilər. Çox tez əsəbiləşirsən.

BUĞA: O qədər inadçısan ki istədiyin bir şey olmadığı zamanlar dəliriirsən.

ƏKİZLƏR: Risk almaq sənin üçün təbii bir şeydir artıq. Hər zaman ən az 2 variant arasında qalırsan. Düşünmədən qərar vermə.

XƏRÇƏNG: Yeni insanlar tanımağı sevirsən. Sabit yaşamaq sənə görə bir şey deyil. Səni buraxsalar küçədə belə yaşayarsan.

ŞİR: Əgər bir şeyi həll edəcəksənsə, üz-üzə həll etməyi seçirsən. Qorxaqlıq sənə görə deyil.

QIZ: Həyatında əslində mənfi gedən heç bir şey yoxdur,lakin sən illa ki bədbəxt olacaq bir şey tapırsan.

TƏRƏZİ: Bu qədər rahat olmağı haradan öyrəndin sən? Dünya yansa vecinə olmayacaq. Yalnız bu sıralar bir az işləri möhkəm tutsan yaxşı edərsən.

ƏQRƏB: Səmimiyyətsiz insanlardan deyil bir yaxşılıq, fikir belə istəməzsən. Bilirsən ki, onların özlərinə belə xeyri yoxdur ki sənə nə olsun.

OXATAN: Sahib olduğun düşüncə və həyat görüşündən əsla güzəşt vermirsən. Sənə səndən başqa kimsənin bir faydası olmadığını bilirsən.

OĞLAQ: Səninlə eyni fikirdə görünüb içindən fərqli düşünən insanlar var. Biz bunlara ikiüzlü deyirik. Onları həyatından uzaqlaşdır.

DOLÇA: Kritik vəziyyətlərdə hər zaman içindəki səsi dinləməlisiniz. Onun yanıldığı görülməmişdir çünki hisslərin çox qüvvətlidir.

BALIQ: Proqramlı olmaq sənə görə bir şey deyil. Sən anı yaşamağı sevirsən. Bir dəqiqə sonra nə edəcəyin müəyyən olmur.
Etiketlər: deyil, insanlar, yoxdur, zaman, sevirsən, qədər, olduğun, başqa, səndən, vermirsən, kimsənin, fikirdə, faydası, bilirsən, güzəşt, Səninlə, olmadığını, OĞLAQ, həyat, fikir
BİZİ İZLƏYİN