• Bürcünüzə uyğun gözəllik maskaları

Reseptin məlumatları Baxış sayı: 13 152

Tarix : 30-03-2016, 02:41

Bölmə : Bürclər


Hava ünsürü
Əkizlər, Tərəzi, Dolça

Dərinizin nəfəs almasına icazə verin!
Bu bürclərin qadınları çox istiqanlıdırlar və parlaq zəkaya sahibdirlər. Ancaq qərarsız tiplərdiur. Nə vaxt, harada nə edəcəklərini müəyyənləşdirmək mümkün deyil. İşləməyi sevirlər. Təəssüf ki, bu xaımları baxımlı hesab etmək olmaz. Stress, yuxusuzluq və dərilərinə qulluq etməmələri erkən yaşlanmalarına səbəb olur.
Bu bürclərdən olan xanımlara tərkibində oksigen olan və dərini nəmləndirən maskalar tövsiyə edilir. Üstəlik, pilinqdən istifadə edərək ölmüş hüceyrələri təmizləmələri və nəməndirici kremdən istifadə etmələri vacibdir.

Su ünsürü
Xərçəng, Balıq, Əqrəb


Dənizdən faydalanın!
Bu qadınlar olduqca romantikdirlər. Yeməyə-içməyə çox düşkündürlər. Gün ərzində çox hərəkət edirlər. Bu xanımlar da dəriyə qulluq etməyə ərinirlər. Ancaq mütləq həftdə 1-2 dəfə dəniz yosunları ehtiva edən maskalar tətbiq etməlidirlər. Beləliklə, nəmsiz qalan dərinin nəm ehtiyacı ödənilər və dəri hüceyrələri yenilənər. Tərkibində yosun və dəniz bitkiləri olan maskalar eyni zamanda dərinin yağ istehsalını da nizamlayır.

Od
Qoç, Şir, Oxatan


Dərinizə enerji qazandırın
Od ünsüründən olan qadınlar özündən əmin, yaradıcı və cazibədardırlar. Həyatın dadını çıxarırlar. Xüsusilə, oxatan bürcü altında dünayay gələn qadınlar xarici görünüşlərinə fikir verməyi xoşlayırlar. Bu səbəbdən, dərilərinə xüsusi qulluq edirlər. Sözügedən bürclərin nümayəndələri çox enerjili olduqlarından dəriyə enerji verən əhsullardan istifadə etməlidirlər. Xüsusilə, bitki ya da meyvələrlə zənginləşdirilmiş maskalardan həftədə 3 dəfə istifadə etməlidirlər. Bu cür maskalar dəriyə təravət bəxş edir. Allergiyadan əziyyət çəkənlər də bu tip maskalardan istifadə edə bilərlər.

Torpaq
Buğa, Qız, Oğlaq


Məsamələri təmizləyin!
Bu bürclərin qadınları, digər qadınlara nisbətən daha mühafizəkardırlar. Məntiqli, intizamlı və bir az da xəsisdirlər. Yeniliklərə açıq deyillər. Duyğularını əks etdirməyi bacarırlar və hər dərdi içlərində çəkirlər.

Ona görə də bu qrupdan olan qadınların dərisi stressdən yaranan sızanaqlarla dolu olur. Onlara dərinin məsamələrini təmizləyən maskalar məsləhət görülür. Gildən hazırlanan maskalar onlar üçün daha münasibdir. Çünki belə maskalar dərini təmizləyir, sızanaq və qara nöqtələri aradan qaldırır. Həmçinin, yağlılığı tənzimləyərək dərini daha sağlam edir.
Etiketlər: maskalar, istifadə, etməlidirlər, dərini, dərinin, bürclərin, qadınlar, qulluq, dəriyə, maskalardan, dərilərinə, edirlər, dəniz, Ancaq, enerji, Xüsusilə, ünsürü, qadınları, hüceyrələri, olduqlarından
BİZİ İZLƏYİN