• Bürcə görə gəlinlik seçimi

Reseptin məlumatları Baxış sayı: 13 083

Tarix : 13-05-2016, 11:00

Bölmə : Bürclər


Qoç bürcündən olan qadınlar gəlinliklərində iddialı xəttlərin üstünlük təşkil etməsini arzulayırlar. Onlar daha çox sadə kimi görünən işıltılı paltarlar seçərlər.

Buğalar da işiltılı gəlinilk arzusundadırlar. Kürək və sinə dekoltesindən istifadədə xəsislik etməzlər.

Əkizlər fərqli və eyni zamanda sadə modellərdən xoşlanarlar. Amma cütxasiyyətli olduqları üçün bu istək dəyişə bilər. Yəni əksinə olaraq, daha dəbdəbəli paltarlarla əvəzlənə bilər.

Xərçənglər şifon parçalara üstünlük verir, çünki xasiyyətcə romantikdirlər.

Şir bürcündən olanların xüsusiyyətləri gəlinlik seçimində də özünü göstərir. Onlar üçün toy yalnız onların kraliça olduğu mərasimdir, kraliça isə adına layiq geyinməlidir.

Qız bürcündən olanlar sadəliyi xoşlayır, eyni zamanda özlərinə güvəndikləri üçün dəbli görünmək üçün arzularının arxasınca gedirlər.

Tərəzilər üçün gəlinlik demək daha çox bağlarla bağlanmaş paltar geyməkdir. Qabarıq ətək, uzun quyruq, korsajlı üst, ispan qol və daşlar onların seçimidir.

Əqrəblər də əsasən, qabarıq ətəkli zərif və romantik görünüşlü gəlinlik seçməklə özlərini tamamlayırlar.

Oxatan bürcünün gəlinləri dəbdəbənin vurğunudurlar. Bəziləri heç kəsin gözləmədiyi fərqli bir paltarla qonaqların qarşısına çıxmaq iddialarını gerçəkləşdirməkdən gizli bir zövq alarlar.

Oğlaqlar bir neçə metrlik "quyruğu" olan paltarlara üstünlük verərlər ki, bu da toyun işıltısını paltarlarında hiss etmək istəyindən qaynaqlanır.

Dolçalar üçün ideal gəlinliklər fransız xanımlarının korsajlı paltarlarını tamamlayandır.

Balıqlar üçün romantik və işıltılı gəlinlik vaz keçilməzdir.
Etiketlər: gəlinlik, üstünlük, bürcündən, romantik, onların, korsajlı, fərqli, bilər, zamanda, işıltılı, kraliça, Onlar, özlərini, tamamlayırlar, seçməklə, görünüşlü, bağlarla, Oxatan, demək, vurğunudurlar
BİZİ İZLƏYİN