• Xərçəng bürcünün özəllikləri

Reseptin məlumatları Baxış sayı: 57 420

Tarix : 18-09-2016, 09:00

Bölmə : Bürclər


İdarəçi Planeti: Ay
Element: Su
Xarakter: Qabaqcıl
Uğurlu Sayları: 3,7
Gün: Bazar ertəsi
Uğurlu Daşı: İnci
Rəng: Ağ, dəniz mavi, gümüşü
Fal növü kartı: Ay
Heyvan: Qabıqlı dəniz canlıları
Bitki: Mahmızçiçəyi, nilufər, kəngərli otu
Qiymətli Daş: Ay daşı, ənbər
Qiymətli Mədən: Gümüş

Müsbət Tərəfləri: Nazik,hassas,sempatik,mərhəmətli, xəyal gücü yüksək. Analıq və atalıq duyğuları güclü. Vətənpərvər. Yuva sevgisi. İsrarlı. Bacarıqlı. Yaxşı yoldaş. Mövqeli.

Mənfi Tərəfləri: Həddindən artıq romantik. Dağınıq. Şübhəçi. Dəyişkən. Qısqanc. Zəif xarakterli. Özünə yazığı gələn. Sabit ola bilməmək. Dəyişkən hisslər.

Xərçəng Komanda Ulduzu (Astronomiya)
Praespei, Xərçəng bürcü içində yer alır. Birinci dekanatta yer alan və Ur Minor yəni Kiçik Ayı komanda ulduzu kimi tanınan ulduz topasında günümüz Qütb Ulduzu olur. Ortada Ur Meycor yəni Böyük Ay ulduz topası edərkən, ən mühüm ulduzu Conopus olan Arqo da son dekanatta yer alır.

Xərçəng Bürcü Qadınının Ümumi Xüsusiyyətləri
Xərçəng bürcü qadını xoş bir xarakterə malikdir. Evdar, istiqanlı, dürüst və yaxşı niyyətlidir. Romantik və macəraya düşkün olduğunu da demək mümkündür. Xərçəng bürcü qadını xüsusilə evinə, ailəsinə, vərdişlərinə və ənənələrinə çox sadiqdir. Ümumi mənada anaç bir portret çəkir, ev mühitini və evlə bağlı hər şeyi çox sevər. İdeal analar bu bürcdən çıxar.

Romantik mənada olduqca həssasdır və hissləri qüvvətlidir. Ətrafındakı adamların ona qarşı niyyətlərini asanlıqla fərq edə bilər. Xərçəng bürcü qadını çox asan qırılıb tez inciyəndir. Ətrafındakı insanlarda həmişə yaxşı niyyət və şəfqət arayır.

Xərçəng bürcü qadını səxavətlidir, amma israfçıl deyil. Əmanət və təcrübə etməyi çox sevir. Özünü etibarda hiss etmək üçün maddi mənada güclü olmaq istəyir. Xərçəng bürcü dərin duyğu və düşüncələrə malikdir. Öz haqqında danışmaqdan qətiyyən xoşlamır, amma başqalarına münasibətin məsələlərdə fikir yürütməkdən xoşlanır.

Xərçəng bürcü qadını tənqid edilməyi sevməz və mənfi cəhətlərini qəbul etməkdə çətinlik çəkir. İkitərəfli münasibətlərdə tərəfdaşına çox sadiq, amma bir o qədər də qısqancdır. Onun üçün əsas olan sevgidir.

Xərçəng Bürcü Kişisinin Ümumi Xüsusiyyətləri

Xərçəng bürcü kişi nəzakətli, dürüst, ağır başlı və məğrur quruluşu ilə diqqət çəkir. Romantik quruluşu olduqca həssasdır. Sevgi və hörmət onun üçün əvəzolunmaz təməl daşlarıdır. Ətrafındakı insanlara dəyər verir və onlara yardımçı olmağa çalışır. Onların zəif tərəflərindən istifadə etməyə çalışmaq əvəzinə onlara dəstək olmağa çalışır.

Xərçəng bürcü kişinin kəskin və əməli bir zəkası vardır. Analiz qabiliyyəti çox inkişaf etmişdir. Hadisələri asanlıqla həll edə bilir. Su ilə bağlı hər şeyi çox sevər. Içki ilə arası yaxşıdır. Həmçinin olduqca romantik quruluşu səbəbiylə sevdiyi zaman tam sevər və asan-asan əl çəkməz. Münasibətlərində tərəfdaşlarına çox sadiqdir.

Xərçəng bürcü kişiləri pula çox əhəmiyyət verir, ancaq bunun səbəbi maddi mənada özünü güvəndə hiss etmə və yaxınlarının ağır vəziyyətə düşmə ehtimalına qarşı tədbirli olmaq istəməsindən irəli gəlir.

Xərçəng bürcü kişisi dürüstdür və özünə qarşı dürüst olmasından xoşlanar. Yalandan xoşlanmaz və güvənmədiyi insanlarla bir arada durmaz. Ailə və ev həyatına çox düşkündür və ən yaxşı atalar xərçəng bürcü kişilərindən olur.
Etiketlər: Xərçəng, bürcü, qadını, mənada, Romantik, quruluşu, yaxşı, çəkir, Ümumi, dürüst, Ətrafındakı, qarşı, olduqca, sevər, olmaq, dekanatta, çalışır, ulduz, maddi, romantik
BİZİ İZLƏYİN