• Buğa bürcünün xüsusiyyətləri

Reseptin məlumatları Baxış sayı: 11 236

Tarix : 28-09-2016, 09:00

Bölmə : Bürclər


Buğalar cəmiyyət içərisində parlamağı, seçilməyi xoşlamır, sakit yaşamağı və özünü səbirli aparmağı bacarirlar. Buğalarla ilk görüşü təşkil etmək üçün müəyyən vaxt lazımdır. Kişi Buğalar görüşü təyin etməyə tələsmirlər. Qadın Buğalar tez bir zamanda görüşməyə razılıq vermirlər. Əgər görüş təyin olunubsa, onda siz seçilənlərdənsiniz.
Buğalar komediya teatrını, gülüş doğuracaq filmləri, televiziya verilişlərini izləməyi xoşlayırlar. Onlar incə və səmimi yumoru duya bilirlər. Buğalar bahalı restoranlara getməyi sevirlər . Dadlı yeməklər və şirin desertlər onların ürəyincədir. İştahaları, maşallah yaxşıdır.
Buğalar gözəl əşyaları sevən və qiymətləndirən şəxslərdir. Əgər siz hər hansı bir əşyanı kolleksiya edirsinizsə, mütləq onu Buğalara göstərin. Bu onların çox xoşuna gələcək. Topladığınız əşyanın qiymətini də söyləməyi unutmayın. Bunu soruşmasa da, onun üçün çox maraqlıdır. Amma dediklərinizdə yalan və şişirtmə olmamaq şərti ilə.
Buğalar yalana nifrət bəsləyir, dərhal onu hiss edirlər. Onlar məhəbbətlərini tez-tez etiraf etməklə sevgilini ərköyünləşdirirlər.
Əgər siz Buğalara hədiyyə etmək istəyirsinizsə, onda gündəlik istifadəyə gərəkli əşyalar alsanız daha yaxşıdır, məsələn saat, üzük, qadın Buğalar üçün alçaqdaban ayaqqabı, başmaqlar və s.
Kişi Buğalara hədiyyə almaq istəsəniz, onların zəif yeri boğaz olduğundan kəşmirdən, ipəkdən olan şərf yerinə düşər. Buğalarla söhbət etdikdə intellektual, çətin mövzulardan başlamayın. Filmlərdən, dəbdə olan musiqidən söhbət açsanız, söhbət daha səmimi alınar.
Etiketlər: Buğalar, söhbət, onların, Buğalara, təyin, görüşü, yaxşıdır, səmimi, hədiyyə, Onlar, Buğalarla, etmək, yalana, nifrət, bəsləyir, edirlər, etməklə, sevgilini, etiraf, məhəbbətlərini
BİZİ İZLƏYİN