• Şir bürcünün xüsusiyyətləri

Reseptin məlumatları Baxış sayı: 2281

Tarix : 1.10.2016, 09:00

Bölmə : Bürclər


Onlar otağa daxil olan kimi bütün yerdə qalan adamlar ikinci plana keçir. Şirlərə diqqət və şöhrət su, hava kimi lazımdır. Onlar tərifi sevirlər. Şirləri bacardıqca çox tərifləyin. Şirləri məclislərdə, yığıncaqlarda diqqət mərkəzinə çəkin. Hamı ona baxmalıdır, hamı onun haqqında danışmalıdır.Özünüzü ondan asılı kimi göstərin. Qoy o, elə başa düşsün ki, sizin həyatınız, xoşbəxtliyiniz onun əlindədir. Həddini aşmağında bir qorxu yoxdur, qorxmayın. Şirlər bu hərəkətinizdən çox razı qalacaqlar.
Şirlərin çox gözəl yumor zövqü vardır. Ona görə də, söhbətə başlamaq və diqqətini çəkmək üçün onu güldürün. Amma bunu unutmayın ki, Şirlər özündən başqa hər şeyə gülməyi sevir.
Əgər siz qadın Şirə görüş təyin etmisinizsə, onda səxavətli olun. Onunla ictimai nəqliyyatla getməkdənsə yaxşı olar ki, gözəl bir avtomobildə getməyi üstün tutasız.
Şir-qadınlar həmişə özlərini ali cəmiyyətin üzvü sayır, hər şeyi bəyənmir. Əgər ona hədiyyə almaq istəsəniz, bu mütləq parlaq bir hədiyyə olmalıdır. Parlaqlıq rəngdə deyil, Şirlərin hədiyyəyə olan təəssüratındadır.
Əgər sizin dəvətliniz kişi Şirdirsə, onda onu diqqət mərkəzində olması üçün qohum-əqrəba, dostların çox olduğu məclislərə aparın. Çalışın, hamı onun haqqında danışsın, söhbət həmişə onun ətrafında fırlansın. Şirlərlə münaqişə etməyin. Siz haqlı olsanız belə, çox üstünə düşməyin.
Əgər Şirlərlə ailə qurmaq istəsəniz, ona ailəni hər şeydən üstün tutduğunuzu, ailəyə bağlı olduğunuzu göstərin. Onlar həyat yoldaşına qarşı çox tələbkardırlar. Həyat yoldaşı nəinki gözəl insan, həm də bacarıqlı, ağıllı, başa düşən bir şəxs olmalıdır.

Etiketlər: Onlar, gözəl, diqqət, istəsəniz, göstərin, Şirlərlə, haqqında, olmalıdır, Şirləri, hədiyyə, üstün, Şirlər, həmişə, Şirlərin, sizin, mərkəzində, Şirdirsə, olması, dostların, əqrəba
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica