• Ən yaxşı öpüşən bürclər

Reseptin məlumatları Baxış sayı: 1188

Tarix : 1.01.2017, 09:00

Bölmə : Bürclər

Resepti göndərən : DADLI


Kişi Qoç - Öpüşməyə doymayan Qoç kişi hər zaman ən gözəl dodaqlara sahib seksual qızları axtarmaqla məşğuldur.

Qadın Qoç - Cəsarətli və dəli-dolu Qoç qadın ilk addımı özü atmağa çəkinməz. Öpüşməkdən böyük həzz duyur.

Kişi Buğa - Onun üçün öpüşməyin içdən olması fantaziyadan əhəmiyyətlidir. Əgər həqiqətən sevirsə, o zaman Buğa kişi tam bir buğaya çevrilər.

Qadın Buğa - Buğa qadın bu bürcün kişiləri ilə müqayisədə öpüşmə mövzusunda daha yaradıcıdır. Bəziləri öpüşmə vəziyyətini sanki heç yoxdan yaradarlar və tam hədəflərini bağlayırlar.

Kişi Əkizlər - Adətən çox sakit və həssas öpər, yavaşca toxunurlar nəfis dodaqlarına. Cəlbedici bir halda görünməyi çox yaxşı bilir və öpəndə bir neçə gün davam edən bir təsir buraxar.

Qadın Əkizlər - Öpüşləri kişiləri dəli edəcək formadadır. Müxtəlif oyunlarla öpüşməyi daha atəşli etməyə çalışacaqlar. Belə bir qadını hansı kişi öpmək istəməz?

Kişi Xərçəng - Hisslərini ən yaxşı formada öpərkən ifadə edirlər. Sevdiyi dodaqlarının və dilinin atəşilə duyular.

Qadın Xərçəng - Öpüşmə marafonu aparılsaydı, o, mütləq birinci olardı. Onu öpərkən can sıxıntısından şikayətçi olmayacaqsınız, çünki Xərçəngin öpüşləri çox şəhvətli olur.

Kişi Şir - Kişi Şir öptümü, tam öpər. Yəni dodaqlarındakı xanım özünü həyəcandan tamamilə onun qollarına təslim edənə qədər buraxmaz.

Qadın Şir - Qadın Şir tərəfindən öpülən kişi zamanı və məkanı unudur. Öpüşmək ancaq bu qədər mükəmməl və bu qədər atəşli olar.

Kişi Tərəzi - Qadınları özünə çəkən bir sehrə malik, eyni zamanda bir öpüşmə ekspertidir. Həssas kişi Tərəzi özünü tamamilə öpdüyü qadına həsr edər və onu yaradıcılığı ilə hər dəfə yenidən təəccübləndirməyi bacarar.

Qadın Tərəzi - Onun üçün sevişmək bir növ sınaqdır. Çox seçicidir və hər kəsə hədəfin qapısını açmaz. Çox tez-tez öpüşməsinin səbəbi bəlkə də özünə yaraşan kişini müəyyən etmək istədiyi üçündür.

Kişi Əqrəb - Kişi Əqrəb tərəfindən öpülmək və özünüzdən keçməmək mümkün deyil. Sevgilisini məmnun edə bilmək üçün heç bir şey əsirgəməz. Bu arada bir az çox irəli getdiyi də ola bilər.

Qadın Əqrəb - Bir az narahatdır öpərkən. Gah baxırsınız ki, utancaq olar, bir də baxırsınız dodaqlarınızı vampir kimi əmir. Cazibəsinə heç bir kişi dözə bilməz. Sanki sehrlidirlər.

Kişi Oxatan - Öpüşmə sənətini onun qədər yaxşı bilən yoxdur. Açıq və yumşaq davranışları ilə öpdüyü qadının tam qəlbinə yol tapar.

Qadın Oxatan - Həmişə bir öpüşmə macərası axtarışındadır. Xəyalındakı kişi tapanda onu türklər demiş, şımartmağı çox yaxşı bilir.

Kişi Oğlaq - O, qadını dözümlü və ambisiyalı olması ilə mükafatlandırır. Qadının hər istədiyini yerinə yetirmək üçün, əlindən gələni edər.

Qadın Oğlaq - Bəzən bir az pərt kimi davranır, lakin bu yalnız nəzarətini itirmək istəmədiyi üçündür. Əgər kişisinə güvənirsə, tam bir seks fırtınası törədir.

Kişi Dolça - Bütün sevişmə çesidlerini sınaqdan çıxarar və ən yaxşı öpüşmə şəklini tapmağa çalışır. Ətrafında gördükləri və eşitdiklərindən çox təsirlənir və hər şeyi sınamağa hazırdır. Onlarla öpüşərkən həyəcanını itirmirsən.

Qadın Dolça - Bu mövzuda olduqca yaradıcı və sanki bir öpüşmə mütəxəssisidir. Hüdudsuz fantaziya və fikirlərə malikdir.

Kişi Balıq - Onun üçün öpüş bir anddır. Əgər aşiqsə, dodaqları sanki romantizm püskürdür. Bu qədər duyğulu ola bilməsi üçün öptüyü insana sonsuz güvənməsi lazımdır.

Qadın Balıq - Xəyalındakı kişi olunca, özünü tamamilə onun dodaqlarına qoyur. Başqaları istəklərini sözlərlə ifadə edərkən, Balıqların bunu ən yaxşı şəkildə dodaqları edər.

Etiketlər: Qadın, öpüşmə, yaxşı, qədər, tamamilə, öpərkən, özünü, sanki, Əqrəb, Tərəzi, Balıq, kişiləri, Əkizlər, dodaqları, Xəyalındakı, Dolça, özünə, baxırsınız, olması, Oxatan
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica