• Buğa bürcü - Sevgi

Reseptin məlumatları Baxış sayı: 81 186

Tarix : 4-01-2017, 09:00

Bölmə : Bürclər


Buğa bürcü insanları eşq həyatında ciddi münasibət axtarar. Özünə layiq olacaq adamı gözləyər. Münasibətlərində qısqanc ola bilərlər. Romantik kəslərdir və bu vəziyyət münasibətində də öz əksini tapmışdır. Eşq həyatlarında maraqlı, ehtiraslı və həssasdırlar.

Buğa Bürcü Qadını Eşq həyatı
Buğa bürcü qadını eşq həyatında sadiq olmağı üstün tutar. Sədaqət onlar üçün çox əhəmiyyətlidir. Birlikdə olduğu adamdan da eyni davranışı gözləyər. Olduqca qısqancdır. Tərəf müqabilini hər zaman qısqanar ancaq bezdirməz. Buğa qadını eşq həyatında ümumiyyətlə məntiqlə hərəkət edər. Yenə də romantik tərəfini heçə saymaq mümkün deyil. Münasibətində hörmət və sevgiyə həddindən artıq əhəmiyyət verər. Buğa bürcü qadını üçün münasibət əslində nüfuzlu eşq mənasını verir.

Buğa Bürcü Kişisi Eşq həyatı
Buğa bürcü kişisi eşq həyatında qadınlara həm fiziki, həm də romantik olaraq dəyər verər. Eşq həyatında nə axtardığını bilən bir kişidir. Eşqə çox əhəmiyyət verər. Aldatmağı və yalanı sevməz. Son dərəcə sadiq bir tərəf müqabili olduğunu söyləmək lazımdır. Qadınlar ümumiyyətlə kişilərə güvənməz, ancaq Buğa bürcü kişisi bu güvən ehtiyacını artıqlaması ilə qarşılaya bilər. Buğa bürcü kişisi eşq həyatında birlikdə olduğu qadınla hər şeyi bölüşmək istər. Qısa müddət əvvəl tanış olduğu bir qadınla münasibət qurmaq ona görə deyil. Münasibət quracağı qadını araşdırar və daha sonra bu barədə bir addım atar. Bir qadından xoşlanırsa, onu əldə etmək üçün hər yolu sınayar. Buğa bürcü kişisi eşq həyatında əvvəlcə hörmətə çox əhəmiyyət verər. Sevdiyi zaman qısqanc olar.
Etiketlər: bürcü, həyatında, qadını, kişisi, verər, əhəmiyyət, münasibət, olduğu, zaman, deyil, sadiq, ancaq, həyatı, ümumiyyətlə, qadınla, romantik, gözləyər, Bürcü, qısqanc, müqabili
BİZİ İZLƏYİN