• Qız bürcü - Sevgi

Reseptin məlumatları Baxış sayı: 36 853

Tarix : 12-01-2017, 09:00

Bölmə : Bürclər


Qız bürcü insanları, eşq həyatlarında ümumiyyətlə utancaq olarlar. Eşq həyatlarına dəyər verər və sevdiyi insana sadiq qalarlar. Eşq həyatlarında daim xəyalını qurduqları bir partnyor vardır və o adamı tapmaq istəyərlər. Ciddi münasibətlərin adamıdır, ötəri əlaqə qurmaq onlara görə deyil. Romantik olmaları, eşq həyatlarında da öz əksini tapmışdır.

Qız Bürcü Qadını Eşq həyatı
Qız bürcü qadını eşq həyatında asanlıql əldə edilən bir tip deyil. Bundan əlavə, onsuz da onun etibarını qazanmaq heçdə asan deyil. Özünu "dildən pərgar” hesab edən bir çox kişi, Qız bürcü qadınına yaxınlaşdıqda sözün əsl mənasında bir divar ilə qarşılaşar. Qız bürcü qadını eşq həyatında sadiq və dürüst bir xarakterə malikdir. Yalandan və gizlilikdən xoşlanmaz. Yaşadıqları eşqin də məhdudiyətli olmasını istər. Həyatının hər sahəsində olduğu kimi burada da həddi aşmaqdan xoşlanmaz. Aşiq olduqları zaman həddindən artıq qısqanc ola bilərlər. Sevdiyini əsla bölüşməz və aldadılarsa bağışlamaz.

Qız Bürcü Kişisi Eşq həyatı
Qız bürcü kişisi eşq həyatında bir az ürkək rəftar edər. Aşiq olmaqdan qorxan bir xarakteri vardır. Bir qadına yaxınlaşmaqda utancaq davranışlar göstərər. Ancaq buna baxmayaraq, aktiv münasibəti vardır. Utancğlığını müəyyən bir zamandan sonra aradan qaldırar. Özündən aslı olmayan davranışlar göstərə bilər. Qız bürcü kişisinin eşqbazlıq etməsi barədə usta olduğunu söyləmək yalnış olmaz. Qız bürcü kişisi aşiq olduqda partnyora sadiq və səmimi bağlılıq göstərər. Olduğu kimi davranması, qadınlara təsir etməkdə ən böyük köməkçiləridir. Qız bürcü kişisinin eşq həyatında romantik olduğunu söyləsək yanılmış olarıq. Romantiklikdən uzaq bir kişidir. Romantizm ona görə deyil. Ciddi bir münasibətə başlamazdan əvvəl çox düşünər və sonunda bəli desə sonsuza qədər sadiq qala bilərlər
Etiketlər: bürcü, sadiq, deyil, həyatında, həyatlarında, vardır, Ciddi, göstərər, davranışlar, həyatı, kişisinin, olduğunu, qadını, Bürcü, xoşlanmaz, kişisi, utancaq, bilərlər, bölüşməz, aldadılarsa
BİZİ İZLƏYİN