• Oxatan bürcü - Sevgi

Reseptin məlumatları Baxış sayı: 92 362

Tarix : 18-01-2017, 09:00

Bölmə : Bürclər


Oxatan bürcü insanlarının eşq həyatları daim hərəkətli və fırtınalıdır. Etdikləri hər səhvi dürüstlüklə açıqlaya bilən insanlardır. Eşq həyatlarında daim istiqanlı, romantik və ehtiraslıdır. Azad olduqlarına görə məhdudlaşdırılmaqdan xoşlanmazlar. Doğru adamı tapmaları həqiqətən uzun fəaliyyətlər nəticəsində reallaşar.

Oxatan Bürcü Qadını Eşq həyatı
Oxatan bürcü qadını eşq həyatında sözün əsl mənasında çılğındır. Dərhal hər eşqə yelkən açmağa hazır bir görünüşə sahibdir. Çılğın, yandırıcı və dayandırılması çətin bir şəxsiyyətə sahibdir və ayrıca olaraq, azadlıqlarına da həddindən artıq dərəcədə düşkündürlər. Oxatan bürcü qadını həddindən artıq qısqanc və məhdudlaşdırıcı bir partnyor ilə münasibət qura bilməz. Oxatan bürcü qadını, normalda olduğu kimi eşq həyatında da dürüstdür. Bu qədər dürüst olması, qısa əlaqələri üçün problem yarada bilər, ancaq uzun davamlı olacaq münasibətləri üçün olduqca faydalı olacaq. Oxatan bürcü qadını eşq həyatında istiqanlı, son dərəcə ehtiraslı və romantik bir qadındır.

Oxatan Bürcü Kişisi Eşq həyatı
Oxatan bürcü kişisi eşq həyatında hər cür küləyə qapıla bilər. Atəşli və dayandırılması çətin olan aşiqdir. Azadlığına düşkündür. Asanlıqla azadlıqdan imtina etməzlər. Əslində bu tərz davranışları cazibəsini artıran faktordur. Dürüst olması eşq həyatlarına da əks olunmuşdur. Ancaq bu qədər dürüst olması qısa müddətli əlaqələrində problem yaşamasına səbəb ola bilər. Uzunmüddətli əlaqə qurmaq istəsə xeyrinə ola bilər. Oxatan bürcü kişisi eşq həyatında həm əyləncəli, həm də romantik bir kişidir. Romantizmdən xoşlanar və son dərəcə eşqbaz olduğunu qeyd etmək lazımdır. Oxatan bürcü kişisi bir qadın ilə birlikdə olmaq istəyirsə, mütləq bunu bacarar. Dayanılmaz cazibəsi bu mövzuda həddindən artıq dərəcədə köməkçi olar. Aşiq olduqda sadiq bir partnyor olar. Bəzən da qısqanclıq göstərə bilərlər.
Etiketlər: Oxatan, bürcü, həyatında, qadını, bilər, artıq, həddindən, olması, romantik, kişisi, həyatı, dayandırılması, sahibdir, çətin, partnyor, olacaq, dərəcə, dürüst, qədər, Bürcü
BİZİ İZLƏYİN