• Dolça bürcü - Sevgi

Reseptin məlumatları Baxış sayı: 36 880

Tarix : 22-01-2017, 09:00

Bölmə : Bürclər


Dolça bürcü eşq həyatı: Dolça bürcü insanlarının eşq həyatı dayanılmaz dərəcədə gözəldir. İstədikləri adamı mütləq əldə edərlər. Ümumiyyətlə ilk baxışda ciddiyə almazlar, ancaq bu vəziyyət irəliləyən zamanlarda dəyişə bilər. Eşq həyatlarında dolaşıq davranmazlar, birlikdə olmaq istədiyi adama birbaşa olaraq duyğularını ötürərlər.

Dolça Bürcü Qadını Eşq həyatı
Dolça bürcü qadını həqiqətən yaxşı bir aşiqdir. Eşq həyatında hər zaman nəzakətli, diqqətli və düşüncəli bir sevgilidir. Ancaq bu qədər xüsusiyyət, birlikdə olduğu adamın Dolça bürcü qadınının həyatının mərkəzində olacağı mənasını verməz. Onunla birlikdə olan adam bəzən Dolça bürcü qadınının müstəqilliyinə hörmət edərsə, uzunmüddətli münasibət qura bilərlər. Dolça bürcü qadını, eşq həyatında ilk zamanlarda bir o qədər qayğıkeş görünməyə bilər, ancaq zaman keçdikcə, güvəndikcə bütün sevgisini göstərəcək. Bunu bəzən partnyoruna çox dəyər verdiyi üçün də edə bilər. Dolça bürcü qadını cəlbedici olduğuna görə partnyor tapmaqda çətinlik çəkməz. Ancaq bunu da qeyd etmək lazımdır; çox seçicidir və bu səbəblə həyatına çox insan girməz. Qısqanclıqdan bəzən xoşlanmaz.

Dolça Bürcü Kişisi Eşq həyatı
Dolça bürcü kişisi, eşq həyatında son dərəcə nəzakətli və diqqətli bir partnyor olaraq qarşımıza çıxar. Bu cür davranışlarına baxmayaraq, birlikdə olduğu adamı həyatının mərkəzi halına gətirməz. Müstəqilliyinə düşkündür. Bağlanmaqdan və məhdudlaşdırılmaqdan xoşlanmaz. Dolça bürcü kişisi ilə birlikdə olan qadın, əvvəlcə onunla yoldaş olmağı bacarmalıdır. Bunu təmin edən qadın, Dolça kişisi ilə uzun bir əlaqə yaşaya bilər.
Etiketlər: Dolça, bürcü, birlikdə, həyatı, bilər, kişisi, qadını, bəzən, həyatında, olaraq, zaman, xoşlanmaz, qədər, həyatının, partnyor, qadınının, olduğu, diqqətli, Ancaq, nəzakətli
BİZİ İZLƏYİN