Hər bürc sevginin verdiyi ayrılıq ağrı-acısını fərqli şəkildə yaşayır. Kimisi qəzəbinə məğlub olur, kimisi axışına buraxır. Bəs sizin bürcünüz necə?
Buğa, Xərçəng və Əqrəblər üçün xəyanətə uğramaq çox kədərlidir. Bu qarışıq hisslərə son vermək lazımdır. Hirs və nifrət sevgini tamamilə dəyişdirir. Keçmişdən qopmaq lazımdır. Xərçənglər daim təhlükəsizliklərini təmin edirlər. Sakit və əzmkardılar. Əksər hallarda keçmiş sevgilisinin ağrısını özləri sovuşdura bilir.
Əkizlərin hər zaman ehtiyat variantları var. Birdən-birə səyahətə çıxmağa qərar verir, birdən də yaxınlıqdakı limanda özünə yeni sevgili tapır.
Əqrəblər qarışıq hisslərlə sevirlər və nifrət edirlər. Tək qalanda onları qisas hissi bürüyür. Əqrəblər heç vaxt keçmişdən qopmurlar və gələcəklərini də bu ağrılar üzərində qururlar.
Dolça və Şir bürcləri həyatlarının normal vəziyyətə qayıtması üçün müəyyən qədər zaman keçməsini gözləyirlər. Gedən onsuz da gedib. Belə vəziyyətdə səbrli olmaq ən düzgün qərardır.
Oğlaq və Qız bürcləri sevgidə itirdiklərini iş həyatlarındakı müvəffəqiyyətlərlə kompensasiya etsələr, hər şey əla olar. Nazını çəkən birinin olmağına hər zaman ehtiyac duyurlar. Yeni sevgi münasibəti onlar üçün sehrli toxunuşdur.
Tərəzilər sevgi olmadan yaşaya bilmirlər. Bu, onlar üçün zərərli olsa da, ondan qopa bilmirlər.
Balıqlar doğru zamanda, doğru yerdə olurlar. Buna görə az səylə gözəl sevgi münasibəti qura bilirlər.
Qoç, Oxatan və Əkizlərin özlərini yaxşı hiss etməsində macəra çox böyük rol oynayır. Yeni sevgi münasibəti qırılan qəlblərini yenidən bərpa edir. Qoç isə hər zaman insanlarda keyfiyyət axtarışında olur.
Etiketlər: zaman, sevgi, Əqrəblər, münasibəti, edirlər, nifrət, doğru, bilmirlər, lazımdır, bürcləri, qarışıq, onlar, Əkizlərin, həyatlarındakı, Nazını, çəkən, birinin, itirdiklərini, etsələr, kompensasiya