• Bürclər və estetik

Reseptin məlumatları Baxış sayı: 2 052

Tarix : 19-06-2017, 09:00

Bölmə : Bürclər


Qoç
Qoç bürcü ağıllıdır və lider xüsusiyyətləri ön plandadır. Cəmiyyət içərisində hər vaxt diqqət çəkməyi sevərlər. Bəyənilmək onlar üçün çox əhəmiyyətlidir. Bu bürcdən olanların kiçik toxunuşlarla ictimai həyatlarından qopmadan yaxşı görünmələri mümkündür. Hyalüronik turşu plombları ilə 5 dəqiqədə daha dolğun dodaqlara və qrışsız bir üzə qovuşa bilərlər. Nizamlı edilən botoks tətbiqləri ilə daha hamar və qırışsız bir dəriyə və canlı baxışlara sahib ola bilərlər. PRP tətbiqləri ilə daha gənc görünə bilərlər.

Buğa
Sakit və dinc bürcdür... Yaradıcı, uyumlu, keyfiyyətli və gözəl olan hər şeydən xoşlanar və bunları əldə etmənin yollarını tapmaqda çox çətinlik çəkməzlər. Veneradan gələn gözəllik düşkünlüyünü estetiklə tamamlaya bilərlər. Ən qəşəng paltarlarını geyib lüks yerlərə gedərək baxışlarıyla diqqət çəkməkdən xoşlanarlar. Estetikanın əməliyyatlı və əməliyyatsız üsullarının hamısı bu kəslərə açıqdır. Bir Estetik, Plastik Cərrahı Mütəxəssisinə müraciət edib özləri üçün ən uyğun gözəlləşmə və cavanlaşma üsulları haqqında tövsiyə ala bilərlər və bu tövsiyələr istiqamətində tətbiq etdirə bilərlər.

Əkizlər
Əkizlər ictimai şəxsiyyət quruluşundadırlar. Özlərini asanca bəyəndirməyi bildikləri kimi onlar da çox asan və tez bəyənərlər. Geyimlərin altındakı estetik, təxmin ediləndən çox daha çox özünə inam qazanılmasını, ictimai mühitlərdə daha güclü olmağı təmin edə bilər. Yalnız sinə böyütmə və liposuction əməliyyat keçirdiyini bildirmədən, geyimlərinin üzərindən çox daha yaxşı görünmələrini təmin edə bilərlər

Xərçəng
Evcil bir bürc olan xərçəng, maddi varlıq və rahatlıqla özünü etibarda hiss edənlərin bürcüdür. Bu bürcdən olanlar hər vaxt təbii gözəllikdən yanadır. Daha təbii estetik tətbiqləri seçərlər. Çox lazım olsa sağlamlıq baxımından sinəə kiçiltdirər, nəfəs almaqda çətinlik çəksə burun əməliyyatı olarlar. Bir sağlamlıq problemi olmadıqca estetik əməliyyata xoş baxmazlar.

Şir
Yaradıcı, müvəffəqiyyətli və dəbdəbəli olmağı sevərlər. Çox aktiv olan Şi bürcü, liderliyə ehtiyac duyulan bütün işlərdə müvəffəqiyyətli olar. Eyni zamanda çox yaradıcı olduğundan qabiliyyətli rəssamların, rejissorların, oyunçuların və dizaynçıların bürcüdür. Lider xarakterli insanların üzlərinin yaxşı görünməsi əhəmiyyətlidir. Güclü şəxsiyyət strukturlarını pozmadan üzlərini gözəlləşdirəcək kiçik toxunuşlar ya da böyük əməliyyatlar edilə bilər. Məsələn üzlərinə çox uyğun hazırlanmış bir burun estetiği bu kəslərin xarakterlərinə güc qata bilər. Ayrıca bu şəxsiyyət quruluşundakı insanların daha iddialı estetik nəticələrini də özünə inamla daşıya bilələr.

Qız
Vasvasılıq bu bürcün müvəffəqiyyətinin sirri və həyatının çətinliyidir. Ağılları çox sürətli işləyər, zəkaları parlaqdır. Buna baxmayaraq arxa planda qalmağı, özlərini göstərmədən hadisələri pərdə arxasından idarə etməyi sevərlər. Qız insanı hər etdiyi işin mükəmməl olması üçün ən kiçik detalına qədər enər. İctimai baxımdan güclü olmaq istəyən amma bir o qədər də mükəmməliyətçi insanların estetikdə geri dönüşlü və kiçik toxunuşları seçmələrində fayda olduğunu ifadə edir.

Tərəzi
Bu bürcdən olanlar gözəllikləri, zəriflikləriylə diqqət çəkərlər. Həyat doludurlar. Venera tərəfindən idarə olunan Tərəzi bürcündən olanlar lazım olduğunda nəyi ön plana çıxaracaqlarını çox yaxşı bilərlər. Onlar üçün uyğunlaşma və gözəllik dinc olmaları üçün çox əhəmiyyətlidir. Tərəzi insanı çətin və gec qərar verər. Nəzakətli, cazibədar və şən bir insan olaraq tanınarlar. Bu xüsusiyyətdəki kəslər təbii görünüşlü estetik istəyərlər. Burun estetiyi etdirəcəksə ediləcək olan burun üzlə mükəmməl uyğun olmalı və əməliyyat keçirdiyi müəyyən olmamalıdır. Bütün bədənlərində dəyişiklik etmək yerinə bədənlərində nisbətsiz görünüşlü olan yerlərin düzəlməsini istəyərlər. Məsələn regional tətbiq olunan liposuction ilə nisbətsiz yağ toplanmış yerlərini bədənləriylə tarazlamaq istəyərlər. Təbii görünüşlü və bədənlərinə yaraşan ölçüdə sinələr üçün böyütmə ya da kiçiltmə etdirə bilərlər.

Əqrəb
Əqrəb insanı hər vaxt uc nöqtələrdə yaşar. Başına qoyduğunu mütləq bacararlar. Cinsəlik bu bürcün həyatının ən əhəmiyyətli parçasıdır. Lakin bir o qədər də mühafizəkardırlar. Mühafizəkar quruluşda insanlar bir sağlamlıq problemi olmadıqca çöldən görünən bir estetik əməliyyatına xoş baxmazlar. Məsələn nəfəs alma problemi varsa ya da zədə səbəbiylə şəkil pozuqluğu oldusa burun estetiyi etdirərlər. Nəticə təbii görünsün istəyərlər. Daha cazibədar sinələr və gözəl bir bədən üçün estetik əməliyyat etdirmələri heç də nadir deyil.

Oxatan
Zarafatlı və birlik içində diqqət çəkən bürcdür. Görünüşlərinə diqqət yetirərlər çünki bir mühitə girdiklərində maraq dairəsində olmaları xoşlarına gələr. Əgər diqqət çəkməzlərsə böhrana belə girə bilərlər. Bu səbəblə geyimdən görünüşə qədər hər detalları onlar üçün əhəmiyyətlidir. Bu bürcdən olanlar estetiyə maraqlıdır amma çox təmkinlidirlər. Kiçik toxunuşlarla başlayıb güvən hiss etdiklərində radikal əməliyyatlara qərar verə bilərlər . Verdikləri qərarları kimsənin sorğulamasına icazə verməmələri onların əməliyyat sonrası müddəti daha rahat sovuşdurmalarını və daha xoşbəxt olmalarını təmin etdiyini də ifadə edir.

Oğlaq
Oğlaq bürcü idealist bir bürcdür. Fiziki görünüş olaraq yaşlansalar da gənc görünən kəslərdir. Utancaq və içə qapalıdırlar. Bu bürcdən oaln insanlar təbiilikdən yanadır. Botoks, dolğu kimi kiçik əməliyyatları etdirib kimsəylə paylaşmağa bilər. Əməliyyat keçirdiklərində də yanlarında ən çox güvəndikləri bir ya da iki adam olar, tamamilə yaxşılaşmadan insan içinə çıxmazlar.

Dolça
Ağıllılıq ən əhəmiyyətli xüsusiyyətləridir. Gözəlliyə əhəmiyyət verərlər və ümumiyyətlə gözəl qadınların bürcü olaraq da bilinər. Müasir görünüşünə baxmayaraq inadçı və sabit fikirli ola bilərlər. Gözəl olmağı sevərlər. Bu xüsusiyyətdəki insanlarda estetik cəhdlərə qarşı ön mühakimələr ola bilər. Halbuki öz ehtiyaclarına uyğun, təbii görünəcək toxunuşlarla gözəlliklərinə qatqıda ola bilərlər.

Balıq
Balıq bürcü ürəyiylə məntiqi arasında get gəl yaşayan, xəyallarını çox vaxt həyata uyğunlaşdıra bilməyən, enerjisiylə hər kəsi özünə heyran buraxan uşaq ruhlu kəslərdir. Həyatlarında dəyişiklik etməkdən çox xoşlanmazlar buna görə estetiyə çox maraqlı olmaya bilərlər. Belə romantik quruluşda insanlar ümumiyyətlə həkimlərinə çox böyük güvən hiss etmədən estetik cəhdlər etdirməzlər amma həyatlarındakı ani romantik hadisələr əsnasında radikal estetik əməliyyatlara qərar verə bilərlər. Nəticədən məmnun qaldıqlarında çox sevgi dolu bir xəstə-həkim əlaqəsi qurarlar.
Etiketlər: bilərlər, estetik, diqqət, bilər, bürcdən, bürcü, kiçik, təbii, yaxşı, istəyərlər, uyğun, qədər, əhəmiyyətlidir, olanlar, burun, əməliyyat, sevərlər, insanı, insanlar, sağlamlıq
BİZİ İZLƏYİN