• Bürclərin həssas nöqtələri

Reseptin məlumatları Baxış sayı: 3 280

Tarix : 21-06-2017, 09:00

Bölmə : Bürclər


Qoç
Bürclər aləminin ən yüksək eqolu bürclərindən biri olan Qoçu, üzmək, qırmaq, yaralamaq o qədər də asan deyil çox təəssüf ki, amma zəifliyi o qədər açıq ki, bir Qoçu üzmək istəyən biri tam 12dən vura bilər. Ortaya çıxardığı iş haqqında pisləyici sözlər söyləmək hətta şişirdib rəqibini tərifləmək Qoçları dəliyə çevirər. Kiçik hesab edilmək, əskiklərini eşitmək bir Qoçun ən son yaşamaq istədiyi duyğular arasındadır. Yaxşı, kədərlənən, bir Qoç necə təsəlli edilər? Təbii ki eqosu oxşanılaraq. "Bu işi səndən başqa kimsə həll edə bilməz!" cümləsi sehrli cümlədir!

Buğa
Bir Buğa, boş yerə əsəbiləşə bilər, səbəbli səbəbsiz ortalığı bir-birinə qata bilər. Həyatının bir hissəsində xoşlarına getməyən bir şeylərin olduğunu hiss edən Buğalar, bununla üzləşmək yerinə qarşılarına ilk çıxan şeyə hücum etməyə və sinirini ondan çıxarmağa çalışar. Buğaları üzən yeganə şey isə, keçmişdə etdiyi səhvlərin üzlərinə vurulması olacaq. Əsəbi olmadığı anlarda başa düşülməsi ən asan bürclərdən biri olan Buğanın sinirini isə, gözəl yemək, keyfiyyətli musiqi və əyləncəli mühitlər yumşaldar.

Əkizlər
Ümumiyyətlə şən və əyləncəli olan bürcün məntiqləri bilinənin əksinə çox düz işlər. Yaşadıqları duyğu keçişlərinin keçici olduğunu çox fərqində olan əkizlər, kədər, hirs, xoşbəxtlik kimi duyğuları anlıq olaraq yaşayıb həyatına davam edər. Əkizləri dəliyə çevirəcək şey; böhtan olar. Bir mövzuda günahlandırılar və böhtana uğrasa, hirsləri kədərlərindən daha böyük olacaq. Yenə də asan asan kədərə qapılmayan Əkizləri xoşbəxt etmək də bir o qədər asandır. Bir şeylər izah edərkən qarşıdakı insanın səmimiyyətlə onu dinlədiyini hiss edən Əkizlər, dünyanın ən xoşbəxt insanı olacaq.

Xərçəng
Bir Xərçəngi üzmək üçün ona yaxın olmaq, onun həyatında təsirli bir rol alır olmaq lazımdır. Ancaq ürəyinə çatan kəslərin qırması mümkündür bir Xərçəngi, amma ürəyini açdığı adam onu qırmamaq üçün əlindən gələn hər şeyi də edəcək. Bir Xərçəng üçün ailəsi olduqca əhəmiyyətli olduğundan, ailəsi tərəfindən tək buraxıldığı hissinə qapılması onu dərindən yaralar. Asan asan əsəb keçirməyən Xərçənglər, özünə güvənməyən bir insanla qarşılaşdığı zaman ümumiyyətlə dəliyə dönər.

Şir
Bir Şir, ümumiyyətlə yara aldığını biruzə verməz. Ona görə onun kədərləndiyini, hirsləndiyini görmək haradasa qeyri-mümkündür. Eqosunun zədələnilməsinə dözümü olmayan Şirlərin əsəblənmələri ümumiyyətlə buna görə olar. Yenə də öz özünü təsəlli etmə mövzusunda usta olan bu bürc, bəzilərinin ona dözə bilmədiyini eşitməkdən heç xoşlanmaz. Bax bu onları kədərləndirən tək mövzu olar. Bir Şiri məmnun etmək üçün isə ona sonsuz diqqət göstərmək yerində olacaq. Diqqətin özündə olduğunu hiss etdiyi anda kefi yerinə gələcəkdir.

Qız
Kainatın ən çətin bürclərindən biri olan Qızlar, ümumiyyətlə ətraflarındakı heç bir şeydən məmnun olmazlar. Bəzilərini tənqid etməkdən, qınamaqdan, əskiklərini izah edib dayanmaqdan əlavə kef alan Qızlar, söz mövzusu özləri olduğunda buna dözməzlər. Bəziləri onu tənqid etməyə başladığı anda hirsdən dəliyə dönər. Bir Qızı üzmək üçün isə onun müvəffəqiyyətsizliklərini dilə gətirmək nöqtə atışı olacaq. Həyatdakı səylərinin boşuna olduğunu eşidən bir Qız yerlə bir olacaq.

Tərəzi
Tərəzi insanları olduqca ağıllı olduqlarından, onları üzmək, qırmaq və xoşbəxt etmək xeyli çətindir. Bir Tərəzini üzmək üçün, onların haqsız olduğunu söyləmək kafi olacaq. Haqsızlıq Tərəzi üçün kilid sözdür. Haqsız yerə günahlandırılan bir Tərəzi, əsəb keçirəcək. Bir Tərəzini məmnun etmək üçün isə bilmədiyi hekayələri izah etmək, utopik şəhərlərdə gəzintiyə çıxarmaq, xəyal dünyasını bəsləmək yerində bir hərəkət olacaq.

Əqrəb
Astroloji aləminin ən hirsli bürcü olan Əqrəblər hər səhər əsəbi bir şəkildə oyanıb, hər gecə saç baş yolaraq yuxuya gedərlər. Bu qədər tez əsəbiləşən bir bürcü təbii ki,əsəbiləşdirmək asandır, onları dərindən yaralamaq isəharadasa qeyri-mümkündür. Kədərlənəcəkləri tək nöqtə özlərini yaxşı gördükləri bir sahədə kifayət qədər yaxşı olmadıqlarını eşitmək olacaq. Onu tənqid etmək, qarşısındakı adamın ona qarşı edəcəyi son səhv ola bilər. Bir Əqrəbin xoşbəxt olması isə sevməyi öyrənməsi ilə başlayacaq. Əvvəl özünü, sonra dünyanı sevməyə başlayan bir Əqrəb, qalıcı xoşbəxtliyin qapısını aralamış deməkdir.

Oxatan
Bir Oxatanı xoşbəxt etmək üçün çöldən bir şeyin gəlməsinə ehtiyac yoxdur. Onlar özlərini xoşbəxt etməyin yollarını onsuz da tapmışlar. Tək istədikləri, bəzilərinin yanında olması, xoşbəxtliyini onunla paylaşmasıdır. Bürclər aləminin sinirləri alınmış bürcü olan Oxatanlar, işlər relsindən çıxmadığı müddətcə, əsəbiləşməz, hirsdən dəliyə dönməz, ancaq bir Oxatan, etdiyi işdə müvəffəqiyyətsiz olsa, o zaman depressiyalardan depressiya bəyənməyə başlar. Bir adam, bir Oxatan insanını bədbəxtlik dənizində boğmaq istəyirsə, onu axtarmasın, maraqlanmasın, tərk etsin. Bu vəziyyət onlara qısa davamlı bir bədbəxtlik verəcək ancaq öz səyləri ilə yenə bu vəziyyətdən asanca sıyrılacaqlar.

Oğlaq
Müvəffəqiyyətin digər adı Oğlaq. İşləmək onlar üçün bir həyat tərzi, bir şeylərlə məşğul olmaq sanki bir hobbidir onlar üçün. Ümumiyyətlə müvəffəqiyyətsiz və əskik olduqlarını hiss etdiklərində bədbəxt olarlar. Özlərini həddindən artıq dərəcədə əhəmiyyətli gördüklərindən Oğlaqları üzmək olduqca asandır. Qarşısındakı adam kifayət qədər əhəmiyyət verməzsə kədərlənərlər. Bir Oğlaq, asan asan əsəb keçirməz ancaq etdiyi işin sıravi, hər hansı birinin edə biləcəyi bir iş olduğunu biri onlara söyləsə, dəliyə dönərlər. Bəzilərini idarə etməkdən həddindən artıq dərəcədə kef alan Oğlaqları xoşbəxt etmək üçün isə ipləri əlinə vermək kafi olacaq.

Dolça
Dolçalar ümumiyyətlə melanxolik insanlar olduğundan, qarşı tərəfi həddindən artıq dərəcədə tükənmişlik sindromuna soxa bilər. Bu melanxoliyası yalnız şəkil olaraq qalar. Əslində özləri olduqca zarafatcıl, cana yaxın, komik insanlardır. Kefinin yerinə gəlməsi üçün özünə yaxın insanlardan komik hekayələr dinləməsi kifayətdir. Bir Dolçanın dözə bilmədiyi tək şey, əleyhdar fikirdir. Özü kimi düşünməyən hər kəs onu həddindən artıq dərəcədə əsəbiləşdirər. Asan asan kədərə qapılmayan Dolçaların həssas olduqları nöqtə isə güvəndir. Etibarı yıxılan bir Dolçanın gerçək dünyaya dönməsi bir az zaman alar.

Balıq
Bir Balıq ilə mübarizə etmək olduqca çətindir! Qarşıdakı adam onu əsəbi zənn edərkən əslində əlaqəsi yoxdur, kədərli zənn edərkən sevincdən dəliyə dönmüşdür… Bu bürcü anlamaq bir az zaman istəyir amma xoşbəxtlik mövzusunda olduqca asandır. Maraq sahələri kəşf edilən bir Balıqdan bir şeylər öyrənmək istəyən kimsə olduğunda Balıqlar sevincdın uçarlar. Təzyiq altına alınmaqdan heçoşlanmazlar. Bir Balıq xəyal qırıqlığına uğradığı anda hüzn dənizində özünü boğa bilər.
Etiketlər: olacaq, etmək, dəliyə, üzmək, xoşbəxt, bilər, qədər, olduqca, olduğunu, ümumiyyətlə, bürcü, zaman, həddindən, asandır, etdiyi, dərəcədə, artıq, Tərəzi, məmnun, nöqtə
BİZİ İZLƏYİN