• Qoç və Tərəzi bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 2 698

Tarix : 7-07-2017, 09:00

Bölmə : Bürclər


Münasibətinizi zamana buraxmaq yerinə Tərəziyə daha çox vaxt ayırmalısınız. Tərəzi adətən evlilik və ailə qurmağa, uşağa baxmağa meyillidir. Bütün bu evcillikləri Qoç bürcünün anlayışla qarşılaması lazımdır. Bunların öhdəsindən gəlinərsə, gözəl gələcəyin təməli olan bir münasibət yarana bilər. Tərəzi bürcünün öz yoldaşını tərk etməsi çox çətindir. Diqqətcil, həyəcanlı biri olan Tərəzi ilə birlikdə çox yaxşı vaxt keçirə bilərsiniz. Gözü ətrafda ola bilər, amma sadəcə sıxıldığı zamanlar. Aranızdakı həyəcanı qorumaq üçün qoyun sizin nə zaman nə edəcəyinizi təxmin edə bilməsin. Hər zaman birlikdə olmaq istədiyiniz Tərəziyə bu qədər diqqət göstərmək heç də yaxşı olmaya bilər. Təbiətində çox da diqqət olmayan Tərəzi əslində onunla həddindən çox maraqlanılmasını istəməz. Həmçinin, Tərəzi bürcünün xarici görünüşə çox önəm verdiyini də unutmayın. Mütləq bu bürclə görüşmədən öncə gözəl geyinməlisiniz. Taraz xarakterli insan olaraq tanıdığımız tərəzi bürcü Qoç bürcü ilə yola getməkdə çox da çətinlik çəkməyəcəkdir. Çünki hər ikisi də həyatdan bənzər gözləntilərə sahibdir. Bu da münasibətlərinin güclü və uzun bir münasibət olacağını deməyə imkan verir. Qoç bürcü insanı olduqca açıq sözlüdür. Nə hiss edirsə və nə istəyirsə, bunu deməkdən çəkinmir. Onun bu rəftarı Tərəzi bürcünün də çox xoşuna gələ bilər. Çünki yalan və gizli işlər heç də Tərəzi insanına görə deyildir. Xüsusilə sevgi münasibətlərində doğru insanı tapdığını düşündüyü zaman olduqca romantik bir insana çevrilə bilər. Evlilik bu cütlük üçün doğru seçim ola bilər. Amma yenə də birinin ünsiyyətcil, digərinin isə qapalı olması bu münasibətdə problem yarada bilər. Birlikdə bir ortaq yol tapmaqlarını tövsiyə edirik. Beləcə ikisinin də istədiyi olmuş olacaq və münasibətləri sağlam təməllər üzərində qurulacaqdır. Birlikdə edəcəkləri fəaliyyətlərlə daha çox sosiallaşmağı məsləhət görürük. Beləliklə, aralarındakı bağlılıq da qüvvətlənəcəkdir.
Etiketlər: bilər, Tərəzi, bürcünün, zaman, bürcü, münasibət, olduqca, insanı, doğru, birlikdə, diqqət, yaxşı, Çünki, Birlikdə, gözəl, Tərəziyə, deyildir, Xüsusilə, bənzər, gözləntilərə
BİZİ İZLƏYİN