• Buğa və Əkizlər bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 22 335

Tarix : 15-07-2017, 09:00

Bölmə : Bürclər


İki əks qütbün bir-birini cəzb etdiyini düşünsək, buğa və əkizlər bürcü üçün eyni sözləri deyə bilərik. Buğa bürcü təmkinli, sakit, amma bir o qədər də inadkardır. Əkizlər hərəkətli və əyləncəni sevən bürcdür. Hər ikisi də bir-birlərinə uyğunlaşa bilsə, bu münasibət uğurlu alına bilər. Biri evə bağlı digəri isə vaxtını çöldə keçirməyi sevən bürclərdir. Bir-birlərinə uyğunlaşa bilsələr, uğurlu münasibət yaşayacaqlar. Hazırcavab və ağıllı bir bürc olan əkizlər buğa bürcünü cəlb edə bilər. Buğa bürcünün ağıllı və bilgili olması Əkizləri özünə çəkən ən əsas məqamdır. Düşüncəli, bağlı və diqqətcil bir bürc olan Buğalar eyni zamanda çox tədbirlidir və bir işi görməmişdən əvvəl 10 dəfə düşünüb, sonra addım atırlar. Əkizlər isə həmin anda ağlına nə gəlirsə, onu edir. Əkizlər bürcü özü kimi biri ilə bir yerdə olmaqdan sıxılır. Buğa bürcünün yanında xoşbəxt və həqiqi sevgini tapa bilər.
Etiketlər: bürcü, Əkizlər, bilər, uyğunlaşa, sevən, münasibət, uğurlu, ağıllı, bürcünün, bağlı, birlərinə, əkizlər, Buğalar, diqqətcil, zamanda, tədbirlidir, görməmişdən, Düşüncəli, məqamdır, sevgini
BİZİ İZLƏYİN