• Buğa və Qız bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 6 088

Tarix : 18-07-2017, 09:00

Bölmə : Bürclər


İkisi də torpaq ünsürünə mənsub olduqları üçün biri-birlərini yaxşı başa düşəcəklər. Bir yerdə evdə vaxt keçirməyə daha çox üstünlük verəcəklər. Qız bürcünə mənsub olan qadınların inamını bir dəfə itirsəniz, asanlıqla geri qazana bilməyəcəksiniz. Buğa kişisi təbiətindən gələn inama və sadiqliyə görə Qız bürcü ilə bu mövzuda çətinlik çəkməyəcək. Bu münasibətin davam etməsi üçün iki tərəf də mübarizə aparmalıdır. Buğanın Qızın işgüzarlığına və enerjisinə uyğunlaşması bir az vaxt alacaq. Buğa ilə Qız bir yerdə daha güclü görünürlər. Buğa ilə bir-birlərinə uyğun görünən Qızlar bütün mövzularda özünü haqlı göstərə bilir. Qız bürcü tənqid edilməyi sevmir, ancaq tənqid etməyi xoşlayır. Buğa bürcü isə atdığı addımı düşünərək atdığı üçün tənqiddən xoşu gəlmir. Bu münasibətdə Qız bürcünün dilinə hakim olması tövsiyə olunur. Qız bürcü sevgi münasibətlərində qapalı qutu kimidir. Amma bu münasibətdə qıza hisslərini tez-tez ifadə etməyi tövsiyə edirik. Çünki o nə qədər özünə qapalı olsa, qarşısındakı onu anlamaqda çətinlik çəkəcək. Buğa bürcü güclü hissləri ilə onu özünə cəlb etməyi bacaracaq. Qız bürcü bəzən küsəyən ola bilər. Onunla daha çox bir yerdə olmağa və inamını qazanmağa çalışın. Bu münasibətdə səmimiyyət çox əhəmiyyətlidir. Hər iki tərəf də səmimi və bir-birlərinə qarşı açıq olmalıdır. Yoxsa, bir-birlərini səhv başa düşəcəklər və münasibətləri başlamadan bitə bilər. Hər ikisi də hirsli və işgüzar olduqları üçün çox gözəl ailə onları gözləyir. Ancaq evlənmələri üçün önlərində uzun bir yol var və bu yolda tərəflər ikisi də bir-birlərini yaxşı tanımalıdırlar.
Etiketlər: bürcü, yerdə, birlərini, etməyi, münasibətdə, güclü, bilər, çətinlik, birlərinə, tənqid, tövsiyə, atdığı, qapalı, ikisi, özünə, tərəf, olduqları, yaxşı, düşəcəklər, inamını
BİZİ İZLƏYİN