• Buğa və Əqrəb bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 4 587

Tarix : 20-07-2017, 09:00

Bölmə : Bürclər


Buğa və Əqrəb bürclərinin böyük arzuları var. Əslində ikisi də qərarlı bürclərdir. Bir əqrəblə tanış olduğunuz zaman o, ananız qədər dəyərli olacaq sizin üçün. Özünüzdəki bütün çatışmazlıqların onda mövcud olmasını istəyəcəksiniz. Bir-birlərindən fərqli iki bürcün oxşar xüsusiyyətləri. Əqrəb sevgisini göstərməyi bacarmır və sevgini ifadə etməyi sizdən gözləyir. Əqrəblər özləri haqqında çox danışmırlar, özləri haqqında məlumatı sevgilisinin axtarıb öyrənməsini istəyirlər. Əqrəblər enişli-yoxuşlu bir xarakterə sahibdirlər. Sakit göründükləri anda birdən-birə hər şey böyük fırtınaya dönə bilər. Əqrəblər sevgilisinə səni sevirəm sözünü deməzlər, bu səbəbdən aralarında inciklik ola bilər. Əqrəblərin hissiyyatı çox güclüdür. Hisslərinin yüzdə doxsan faizi hər zaman düz çıxır. Əqrəblər pul mövzusunda çox yaxşıdırlar. Bir sərvəti idarə edə bilərlər, hətta bir neçə evi eyni anda dolandıra bilərlər. Əqrəblər investisiya işlərini sevərək görürlər. Əqrəblər dövlət işlərində də müvəffəqiyyətlidirlər. Əqrəbin düşüncələrinə inana bilərsiniz, o, sizə ən çətin anda dəqiq və məntiqli qərarları ilə kömək olacaq.
Etiketlər: Əqrəblər, özləri, bilərlər, haqqında, Əqrəb, bilər, böyük, olacaq, zaman, Əqrəblərin, Hisslərinin, doxsan, faizi, yüzdə, inciklik, güclüdür, hissiyyatı, aralarında, sevgilisinə, fırtınaya
BİZİ İZLƏYİN