• Xərçəng və Qoç bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 26 979

Tarix : 7-08-2017, 09:00

Bölmə : Bürclər


Xərçəng və Qoç bürclərinin xarakterləri bir-birindən fərqlidir. Ancaq fərqli olmaları bir-birlərinə uyğun cütlük olmayacaqları mənasına gəlmir. Qoç bəzən Xərçəngin gözlədiyi diqqəti göstərməyə bilər və bu vəziyyətdə Xərçəng sevilmədiyi hissinə qapılacaq. Buna görə də Qoçlar sevgilisinə onu sevdiyini hiss etdirməkdən çəkinməməlidir. Əgər bu məsələnin öhdəsindən gələ bilsələr, Xərçəng və Qoçlar gözəl münasibət yaşaya bilərlər. Əgər partnyorundan əl çəkə bilmirsə, bir Xərçəng sevgilisi ilə adrenalin yaşaya bilər. Xərçəng bürcü və Qoç bürcü bir-birlərindən fərqli xarakterlərə malik olduqları üçün münasibətlərinin əvvəllərində bəzi çətinliklər yaşayacaqlar. Qoç bürcü həddən artıq həssas olan Xərçəngə öyrəşməkdə problemlər yaşayacaq. Qoç bürcü lider bürc olduğu üçün bu münasibətdə bütün iplər Qoçun əlində olacaq. Xərçəng idarə olunan kimi görünsə də, əslində o hər şeyi idarə edir. Xərçəng həssas bir bürc olduğu üçün sevgisini Qoça asanlıqla ifadə edəcək və Qoç Xərçəngə inanacaq. Cütlüyün münasibəti evliliklə nəticələnəcək. Bu ikili evinə və ailələrinə bağlı bürclərdir.
Etiketlər: Xərçəng, bürcü, olduğu, Qoçlar, yaşaya, Xərçəngə, həssas, bilər, idarə, fərqli, problemlər, ailələrinə, yaşayacaq, lider, münasibətdə, öyrəşməkdə, bütün, bağlı, çətinliklər, əvvəllərində
BİZİ İZLƏYİN