• Xərçəng və Buğa bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 18 105

Tarix : 8-08-2017, 09:00

Bölmə : Bürclər


Xərçəng su ünsürünə mənsub ən həssas bürclərdən biridir. Torpaq ünsürünə mənsub Buğalar isə realist bürclərdir. Buğa həssas və romantik olmaq üçün qarşısındakı insana inanmalıdır. Buğalar sağlam və güclü xarakterə sahibdirlər. Buğanın bu xüsusiyyətləri Xərçəngi özünə cəzb edir. Çünki Xərçənglər etibar edikləri insanı həyat yoldaşı olaraq seçirlər. Buğalar hirsli, diqqətcil insanlardır. Xərçənglər üçün sadiq xüsusiyyətə sahib olmaq kifayətdir. Xərçənglər Buğalarla sevgili olduqda onu itirməmək üçün əlindən gələni edir. Buğa və Xərçəng qarşısındakı insana inanmaq istəyir və iki bürc də inamlı bürclər olduqları üçün bir-birlərində həqiqi sevgini tapacaqlar. Amma bəzən Buğa dilinə hakim olmaya bilər və bu da Xərçəngi incidə bilər. Xərçənglər tez inciyirlər və Buğalar hər sözlərinə fikir verməlidirlər. Buğa bürcünə mənsub şəxslər zövqlü insanlardır. Sevdiyi ilə bərabər gözəl bir məkanda oturub saatlarla söhbət edə bilər. Maraqlı kino Buğanın hər zaman marağını cəlb edir. Buğalar gəzməyi xoşlayırlar və onlar sevgilisinin də onun yanında olmağını istəyir. Buğa bürcü xarici görünüşünə diqqət göstərir. Sevgilisindən də onu gözləyir. Xərçəng Buğanın nazını çəkəcək. Xərçəng öz sevgisi ilə Buğanı özünə aşiq edəcək.
Etiketlər: Buğalar, Xərçəng, Xərçənglər, Buğanın, mənsub, bilər, insana, Xərçəngi, insanlardır, özünə, qarşısındakı, istəyir, həssas, olmaq, ünsürünə, Sevdiyi, bərabər, məkanda, saatlarla, oturub
BİZİ İZLƏYİN