• Xərçəng və Əkizlər bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 35 728

Tarix : 9-08-2017, 09:00

Bölmə : Bürclər


Bir-birləri üçün yaradılmasalar da, münasibətləri alınacaq. Xərçəng bürcü həssas bürcdür və bu həssaslığı Əkizlər başa düşmür. Xərçəng bürcü və Əkizlər bürcü bərabərliyi əsasən Xərçəng bürcü üçün çətinlik yaradacaq. Əkizlər bürcünün həddən artıq sərbəstliyi Xərçəngin qısqanclıq hisslərini ortaya çıxaracaq. Çünki Xərçənglər sevdiklərini sahiblənir və başqa heç kəslə paylaşmaq istəmirlər. Əkizlər bürcü üçün isə dostları sevgilisi qədər dəyərlidir. Əkizlərin davamlı olaraq iş sonrası dostları ilə bərabər gəzməyə getməsinin şahidi olacaqsınız. Xərçəng isə sevgilisi ilə bir yerdə evdə vaxt keçirməyə üstünlük verəcək. Əkizlər ilk başda bununla razılaşsa belə, sonralar sıxılacaq. Xərçənglərə məsləhətimiz Əkizlərin üstünə çox düşməyin, əks təqdirdə sizdən uzaqlaşacaq. Hər iki bürc dünya görüşlü və məntiqli insanlardır. Əkizlər məntiqli sözləri və hərəkətləri ilə Xərçəngin diqqətini cəlb edəcək. Bu münasibətin uzun ömürlü olması Xərçəng bürcündən asılıdır.
Etiketlər: Əkizlər, bürcü, Xərçəng, Xərçəngin, dostları, məntiqli, sevgilisi, Əkizlərin, sonralar, razılaşsa, bununla, sıxılacaq, Xərçənglərə, üstünə, məsləhətimiz, başda, verəcək, şahidi, getməsinin, olacaqsınız
BİZİ İZLƏYİN