• Xərçəng və Xərçəng bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 3 779

Tarix : 10-08-2017, 09:00

Bölmə : Bürclər


Xərçəngi yaxşı başa düşən başqa bir bürc yenə bir Xərçəngdir. Hər ikisi də eyni bürcə mənsub olan su ünsürü insanları olduqları üçün həssas və romantikdirlər. Xərçənglər ən fədəkar bürclər arasında yer alır. Bu münasibətdə tərəflərin ikisi də bir-birlərinə qarşı fədəkar olacaqlar. Cütlük gözəl münasibət yaşayacaq. Bu münasibət çox romantik olacaq. Hər ikisi də romantik olduqları üçün cütlük hər an əl-ələ görünəcək. Hətta 3-4 gün evdən çıxmadan televizora baxıb, yemək bişirib, sohbət edə bilərlər. İkisi üçün də bir yerdə vaxt keçirmək xoş təəssürat bəxş edir. Hər iki bürc ailəyə və sevdiklərinə sadiq insanlardır. Onların bir-birlərinə olan sadiqliyi asan-asan qırılmaz və bir-birlərini atdatmazlar. Onların bu gözəl münasibətləri xoşbəxt evliliklə nəticələnəcək. Hər evlilikdə olduğu kimi bu evlilikdə də söz-söhbət olacaq. Ancaq tövsiyəmiz bir-birlərini incitməsinlər, çünki iki tərəf də çox həssas və küsəyəndir.
Etiketlər: ikisi, romantik, olacaq, fədəkar, evlilikdə, Onların, həssas, birlərini, birlərinə, münasibət, gözəl, olduqları, keçirmək, yerdə, İkisi, bilərlər, təəssürat, ailəyə, insanlardır, sadiq
BİZİ İZLƏYİN