• Xərçəng və Qız bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 3 589

Tarix : 12-08-2017, 09:00

Bölmə : Bürclər


Qızlarla münasibət qurmaq sizin üçün çox asandır. Qız bürcünə mənsub insanlar insanlarla tez ünsiyyət qura bilir və sevgisini göstərir. Qız bürcünə çox tez aşiq olacaqsınız, çünki onlar sevgi istəyirlər. Siz bir Qız bürcünü ömrünüzün axırına qədər sevə bilərsiniz, çünki onlar seviləcək insanlardır. Bəziləri Xərçənglərə utancaq deyirlər, ancaq Qızlar da utancaqdırlar. Onlar sevdiyi şəxsə gedib səni sevirəm demirlər, ilk addımı qarşı tərəfdən gözləyirlər. Qızlar sevgililərinə sürpriz etməyi xoşlayırlar və biraz da qısqancdırlar. Sizin yanınınzda dostunuz olsa belə, əks cinsin nümayəndəsini görəndə qısqanır. Xərçənglər həssasdır və qarşısındakından da eyni həssaslığı gözləyir. Bəzi astroloqlar Qız bürcünün utancaqlığı ilə qarşısındakını bezdirdiyini deyirlər. Ancaq bu çox yanlış fikirdir. Çünki Qızlar ehtiraslı hissləri ilə sevgilisini heyrətləndirəcək. Əsasən də Xərçənglə bir yerdə gözəl münasibət yaşayacaqlar. Cütlük bir-birini çox yaxşı başa düşəcək. Zamanla bir-birlərini tanıyaraq hər anlarında bir-birlərinin yanında olmaq istəyəcəklər. Qız bürcü praktik, müntəzəm, təşkilatçı və Xərçəng kimi inamlı birini axtarır həyatında. Bir az əsəbidir, tez coşur, ancaq damarına basmasanız sizinlə hər mövzuda razılaşacaq. Qızlar səbrlidir və əsəbləşəndə kobud olmur. Qızlar işinə qarşı diqqətcildir və hər zaman işində uğur qazanır, bədxərc deyil və sabahını düşünərək addımlayır. Əxlaqi dəyərlər Qız üçün vacibdir və hər zaman düzgünlüyün tərəfdarıdır, aldatmağı sevmir və hər zaman sadiqdir. Biryerdə tətil etmək istəyirsiniz, amma hər səfərində daha yaxşı yerlər axtarırsınız. Pul sizin üçün əsas deyil, amma xərcləməyi çox sevirsiniz.
Etiketlər: Qızlar, zaman, deyirlər, birini, yaxşı, ancaq, çünki, deyil, münasibət, onlar, sizin, qarşı, bürcünə, Xərçəng, təşkilatçı, inamlı, əsəbidir, basmasanız, sizinlə, damarına
BİZİ İZLƏYİN