• Xərçəng və Tərəzi bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 8 243

Tarix : 13-08-2017, 09:00

Bölmə : Bürclər


Taraz və qərarlı bir xarakterə sahib olan Tərəzi bürcü bu xüsusiyyətləri ilə Xərçəng bürcünün inamını qazanır. Xərçəng həddən artıq həssas olduğu üçün vecsiz insanlarla yola gedə bilmir. O Tərəzi bürcü kimi qərarlı və vicdanlı insanlarla yola gedir. Xərçəng bürcü həssas və romantik xüsusiyyətləri ilə Tərəzinin diqqətini cəlb edir. Ancaq bu münasibətdə Xərçənglər xəyalpərəst yox, realist olmalıdırlar. Çünki Tərəzilərin süni sözlərdən xoşları gəlmir. Tərəzi ən romantik bürcdür və sevgi üçün yaşayır. Hər ikisi də bir-birinə sadiq qalacaq. Xərçəng və Tərəzi bürcünün xarakterləri bir-birlərindən fərqlidir. Ancaq hər iki bürc ailəyə və sevdiklərinə bağlıdır. Hava ünsürünə mənsub Tərəzi bürcü və su ünsürünə mənsub Xərçəng bürcünün münasibəti bəzən çətin, amma bir o qədər də sevgi dolu və həyəcanlı olacaq. Xərçənglər həssaslıqlarını bir qırağa qoyub Tərəziyə onu nə qədər sevdiyini göstərməlidirlər. Çünki Tərəzilər hissləri ilə hərəkət edirlər kimi görünə bilərlər, ancaq onlar hər zaman doğruları görürlər və ona görə addım atırlar.
Etiketlər: Xərçəng, Tərəzi, bürcü, bürcünün, qədər, insanlarla, Xərçənglər, romantik, Çünki, sevgi, Ancaq, həssas, xüsusiyyətləri, ünsürünə, mənsub, qərarlı, qoyub, qırağa, bağlıdır, sevdiklərinə
BİZİ İZLƏYİN