• Xərçəng və Əqrəb bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 4 609

Tarix : 14-08-2017, 09:00

Bölmə : Bürclər


Xərçəngi bir sözlə ifadə edin desələr yəqin ki, o söz ehtiras olardı. Hisslərini daxildən yaşayan Əqrəbləri başa düşəcək ən yaxşı bürc Xərçəngdir. Xərçəng də Əqrəb qədər həssas bürcdür. İkili romantik münasibət yaşayacaqlar. Bir-biri üçün yaradılmış cütlük deyə bilərik. Şorgöz bürclər Xərçənglə uyğunlaşa bilmir. Əqrəb sevdiyinə sorğu-sualsız bağlanır, ancaq Xərçəngin üzərinə bu mövzuda çox iş düşür. Əqrəblər qısqancdır və onların bu qısqanclıqları Xərçəngləri xoşbəxt edir. Bu münasibətdə hər ikisi də ehtiraslı olduqları üçün münasibət əsil sevgi üzərində qurulub. Əqrəblər asanlıqla etibar etmir. Buna görə də sevdiyini qısqanır və tez -tez yoxlayır. Bəzi bürcləri Əqrəbin bu xarakteri sıxsa da, Xərçəngin xoşuna gələcək və bunları sevginin göstəricisi olaraq qəbul edəcək. Romantik olan ikili bir yerdə gözəl vaxt keçirəcəklər. Əqrəbin baxışları Xərçəngi ilk andan etibarən özünə aşiq edəcək. Xərçənglər sevdiyini itirmə qorxusu ilə yaşayır. Bu fikrindən onu daşındırın və hər an yanında olduğunuzu, sevdiyinizi göstərin.
Etiketlər: Əqrəb, Əqrəblər, Xərçəngin, münasibət, edəcək, Əqrəbin, Xərçəngi, sevdiyini, xarakteri, gələcək, sevginin, bunları, xoşuna, sıxsa, qısqanır, qurulub, üzərində, sevgi, olduqları, asanlıqla
BİZİ İZLƏYİN