• Xərçəng və Oxatan bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 15 148

Tarix : 15-08-2017, 09:00

Bölmə : Bürclər


Bu ikili üçün yaxşı fikirlər səsləndirmək bir az çətindir. Ağıllı və analitik düşüncələrə sahib Oxatanlar həssas və zərif Xərçənglərin yanında sıxılacaqlar. Dərin hissləri olan Xərçənglər Oxatanları başa düşməkdə çətinlik çəkəcəklər. Çünki onlar üçün Oxatanlar məsulliyyətsiz insan olaraq hesab edilir. Oxatanlar sosial həyatlarına çox bağlıdırlar və evdə oturmağı sevmirlər. Xərçəng isə tam əksi. Xərçəng evdən ancaq xüsusi hallarda və günlərdə çıxır. İki tərəfdən biri fədakarlıq edib sevgilisinin istəyini nəzərə alaraq onunla çöldə vaxt keçirmək və ya evdə qalıb gözəl gün keçirmək istəsə, gözəl cütlük ola bilərlər. Xərçəng və Oxatan fərqli dünyaların insanlarıdır. Həyatdan fərqli istəkləri var və fəqli çərçivədən baxırlar. Ancaq bir-birlərindən fərqli olsalar belə, bu xüsusiyyətləri ilə bir-birlərinin marağını cəlb edə bilərlər. Xərçənglər evə həddən artıq bağlı bürcdür. Xərçənglər həssasdırlar və heç kəsi incitmək istəmirlər. Oxatan bürcü də yaxşılığı sevir və tolerantdır. Sevdikləri üçün çalışır. Bu münasibətdə Oxatanın məntiqi, Xərçəngin həssas xarakteri ilə bir-birlərini tamamlayacaqlar.
Etiketlər: Oxatanlar, Xərçənglər, fərqli, Xərçəng, Oxatan, həssas, bilərlər, gözəl, keçirmək, fəqli, xüsusiyyətləri, çərçivədən, baxırlar, olsalar, Ancaq, birlərindən, dünyaların, istəsə, qalıb, çöldə
BİZİ İZLƏYİN