• Şir və Əkizlər bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 7 392

Tarix : 21-08-2017, 09:00

Bölmə : Bürclər


Əkizlər bürcü zarafatcıllığı və cazibədarlığı ilə Şir bürcünə rahatlıqla təsir edə biləcək. Əkizlər bürcü baxımlıdır və xarici görünüşünə əhəmiyyət verir. Şir bürcü isə gözəl olan hər şeyə dəyər verir. Baxımlı və gözlə görünən biri Şir bürcünü ilk andan etibarən cəzb edəcək. Şir bürcünün dominant xarakteri və özündən əmin olması əkizlər bürcünü ən çox cəzb edən hərəkətlərdən biridir. Həmçinin şir rahatlığa əhəmiyyət verir. Şirlər heç fikirləşmədən maaşlarının yarısını bahalı bir saata xərcləyə bilərlər. Şir bürcü ümumilikdə əmr verməyi sevir. Bu səbəbə görə də işlərində tez yüksəlirlər. Sevgi münasibətində də əmr verən tərəf olmaq istəyirlər. Ancaq Əkizlərə əmr edilməsindən heç xoşları gəlmir. Əkizlər bürcü sosialdır. Şir isə bəzən qısqanc ola bilər. Əkizlər qadını ilə Şir kişisi biraz çətin bir münasibət quracaq. Çünki o, dostları ilə bir yerdə gəzmək istəyəndə Şirin bundan xoşu gəlməyəcək. Ətrafda başqa oğlanların olması fikri Şiri narahat edəcək.
Etiketlər: bürcü, Əkizlər, verir, bürcünü, olması, əhəmiyyət, edəcək, xoşları, edilməsindən, Əkizlərə, gəlmir, sosialdır, fikri, qısqanc, bəzən, Ancaq, istəyirlər, münasibətində, Sevgi, yüksəlirlər
BİZİ İZLƏYİN