• Şir və Xərçəng bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 3 481

Tarix : 22-08-2017, 09:00

Bölmə : Bürclər


Ən ideal cütlüklərdən biri də Xərçəng və Şirdir. Biri həssas və sevgilisinə sadiq, evcil, digəri qoruyucu, lider və romantik partnyor. Evinə bağlı olan Xərçənglər Şirin qoruyucu və romantic hərəkətlərindən təsirlənəcəklər. Şir isə Xərçəngin sadiqliyindən təsirlənəcək. Şir bürcünə mənsub olan kişilərin Xərçəng qadını ilə olan münasibətini ideal münasibət adlandırmaq olar. Şir və Xərçəng bürcünün münasibətlərinin əvvəllərində yaranan problemləri yoluna qoysalar, uzun müddətli münasibətə başlayacaqlar. Xərçəng də Şir də xoşbəxtliyi bir-birlərində tapacaq. Bu münasibətdə biri idarə edən, digəri isə idarə edilən olacaq. Bu münasibətdə idarə edən Şir olacaq. Xəçəng idarə edildiyi üçün səsini çıxarmır, çünki o bunu sevildiyinin qarşılığı olaraq görür. Bu münasibət idealdır ancaq Şir bürcü ilə yola getmək çətindir. Bəzən Şirlər Xərçəngləri incidə bilər. Xərçəng bürcü sadiq bürc olduğu üçün Şirin yanında qalaraq bu problemi həll etməyə çalışacaq. Xərçəng qadını ilə Şir kişisinin münasibətinə nəzərən Xərçəng kişisi ilə Şir qadınının münasibəti daha çətindir. Şir bürcünə mənsub olan qadınlar səs-küylü sevgi yaşamaq istəyirlər. Ancaq həssas olan Xərçəng Şir üçün bəzən sıxıcı olacaq. Amma yenə də romantik kişilər Şirin diqqətini çəkir.
Etiketlər: Xərçəng, idarə, Şirin, olacaq, mənsub, bürcünə, münasibət, münasibətdə, bürcü, ideal, çətindir, qadını, həssas, qoruyucu, digəri, romantik, sadiq, qarşılığı, Şirlər, Bəzən
BİZİ İZLƏYİN