• Şir və Şir bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 2 916

Tarix : 23-08-2017, 09:00

Bölmə : Bürclər


Eyni bürcə mənsub insanlar bir-birlərini ya çox yaxşı başa düşə bilərlər, ya da əksinə. Əslində bu bir az da onlardan asılıdır. Hər ikisi də dəbdəbəli həyat yaşamaq istəyir və bu, zamala maddi vəziyyətlərində çətinlik yaradacaq. İkisindən birinə qənaətcil olmasını tövsiyə edirik. Şir lider bürcdür və qıraqdakılar tərəfindən soyuq biri olaraq görülə bilər. Ancaq Şirlər yumşaq bir qəlbə sahibdir. Qarşısındakı insan da eyni vəziyyətdə olduğu üçün biraz çətin olacaq. İki Şir bürcü münasibətində ikisinin arasında qüsursuz bir bağlanma olduğunu desək, yanılarıq. Çünki hər ikisi də lider bürcdür və bir-birlərini idarə etmək istəyəcəklər. Bu münasibətdə hər şeyə baxmayaraq uzunmüddətli bir münasibət yaşaya bilərlər. Çünki özlərini ifadə etməkdə çətinlik çəkməyəcəklər və bir-birlərinə qarşı anlayışlı olacaqlar. Ancaq bir evə iki Şir çoxdur. İkisindən biri fədakarlıq etməyi öyrənsə, digəri də ona baxıb təmkinli və anlayışlı olmağa çalışacaq. İki Şirin bərabərliyi ümumilikdə qibtə ediləcək bir bərabərlik olacaq. Şirlər sağlam addımlayan bir xarakterə sahib olduğu üçün qarşısındakı Şir ilə eyni həyat fəlsəfəsinə malikdirlər. Bu da onların qibtə ediləcək bir cütlük olacaqları mənasına gəlir.
Etiketlər: qibtə, lider, İkisindən, ediləcək, çətinlik, Ancaq, Şirlər, Çünki, olacaq, olduğu, anlayışlı, həyat, bürcdür, birlərini, ikisi, bilərlər, birlərinə, etməkdə, çəkməyəcəklər, qarşı
BİZİ İZLƏYİN