• Şir və Tərəzi bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 18 921

Tarix : 25-08-2017, 09:00

Bölmə : Bürclər


Tərəzilər analitik fikirləşən güclü şəxslərdir. Onların bu xarakteri Şirləri cəlb etmək üçün kifayətdir. Bu cütlüyü çətin günlər gözləyir, ancaq səbrli olmalı və bir-birlərini başa düşməyə çalışmalıdırlar. Şir çox qürurludur və geri addım atmaq onun həyat pirinsipində yoxdur. Münasibətlərində bir problem yaşadıqları vaxt o məsələni həll etmək tərəzinin üzərinə düşür. Taraz və real xarakteri ilə Şirin yanında olmağı bacara bilsə, Tərəzi Şirlə bərabər gözəl münasibət yaşayacaq. Bu münasibətə məsləhətimiz odur ki, Tərəzi Şir ilə ayaqlaşmalıdır. Çünki Şirlər soyuq görsənsələr də, əslində çox həssas xarakterə sahibdirlər. Romantik sözlərlə sevginizi ifadə edərək Şiri əldə saxlaya bilərsiniz və əmin olun ki bu, onun çox xoşuna gələcək. Şir ilə tərəzinin münasibəti diqqət cəlb edici və ömürlük bir münasibətdir. Qeyri-adi münasibət yaşayacaqlar və bu münasibətdə kimin lider olduğu dəqiq bilinmir. Çünki hər iki tərəf də diqqət cəlb edən və özünə güvənən şəxslərdir. Tərəzi çox sadiq bürcdür. Şir illərdir axtardığı sadiqliyi Tərəzidə tapacaq. Rahatlığı və dəbdəbəni sevən Şir, illərdir bu rahatlığı əldə etmək üçün yorulmadan işləyən Şir xoşbəxtliyi Tərəzidə tapacaq. Şirlər qoçaq və inamlıdırlar. Sevgilisinin ən yaxşı sirdaşı olacaq. Tərəzi bürcünün isə Şirin ən çox bu tərəfi xoşuna gələcək. Tərəzi bürcü Şir bürcünü əsla yarı yolda qoymayacaq, Şir bürcü isə Tərəziyə inanmaqda çətinlik çəkməyəcək.
Etiketlər: Tərəzi, etmək, münasibət, Şirin, Şirlər, tapacaq, illərdir, tərəzinin, Tərəzidə, bürcü, Çünki, şəxslərdir, diqqət, xarakteri, gələcək, xoşuna, tərəf, bilərsiniz, sadiq, saxlaya
BİZİ İZLƏYİN