• Qız və Şir bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 2 065

Tarix : 4-09-2017, 09:00

Bölmə : Bürclər


Torpaq ünsürünün nümayəndələrindən olan Qız və od ünsürünün nümayəndəsi olan Şir cütlüyü bir-birləri üçün qüsursuz olmasalar da, sevgidə uğurlu olma ehtimalları var. Hər ikisi də işgüzar olduğu üçün bu mövzuda bir-birlərinə dəstək ola bilərlər. Şir onu çox yaxşı başa düşəcək. Hər ikisi üçün evlilik və ailə əhəmiyyətlidir. Bir-birləri üçün düzgün insanı tapdıqlarına inansalar, bu münasibət evliliklə sonlanacaq. Qız və Şir bürclərinin ən böyük problemi bir-birləri ilə əlaqə qurmalarıdır. Aralarında keçərli bir səbəb olmadan yaranan mübahisələr üzündən həll yolunu tapmaq əvəzinə bir-birlərindən uzaqlaşmağı çıxış yolu olaraq görürlər. Şir bürcü Qız bürcünü cəzb etməyə bilər. Bunun səbəbi xarakterinin fərqli olmasıdır. Qız bürcü tənqidi sevir, amma Şirin bunun əksinə tənqiddən zəhləsi gedir. Şir bürcü təzyiqedicidir. Qız bürcü onun bu təzyiqlərinə dözməyə bilər. Bu münasibət başlağıcda əyləncəli görünsə də, sonrakı zamanlarda sıxıcı ola bilər. Dost kimi daha yaxşı yola gedə bilərlər. Ancaq yenə də məhəbbətin gücünə inanmaq lazımdır. Bu ikili zamanla yaxşı cütlük ola bilər.
Etiketlər: bilər, bürcü, birləri, yaxşı, münasibət, bilərlər, ikisi, ünsürünün, çıxış, olaraq, sevir, bunun, əksinə, tənqidi, Şirin, olmasıdır, Bunun, görürlər, etməyə, tənqiddən
BİZİ İZLƏYİN