• Qız və Dolça bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 2 419

Tarix : 10-09-2017, 09:00

Bölmə : Bürclər


Sərbəstliyi ilə tanınan Dolça bürcünün enerjisinə uyğunlaşa bilən bürc demək olar ki, yox dərəcəsindədir. Qız isə enerjisini iş həyatında göstərməyi üstün tutur. Bu cütlüyün tərəfləri bir-birlərinə əks xarakterlərdir. Qız sevgiyə və ailəyə həddindən artıq dəyər verir. Dolça isə rahat və sərbəst olduğu üçün subaylıq günlərindən asan-asan əl çəkməz. Dolçanı evlənməyə razı salmaq asan olmayacaq. Hər iki tərəf də bir-birini başa düşərsə, bu münasibət yaxşı sonluqla nəticələnəcək. Qız və Dolça bürcü birliyi ümumilikdə xoşbəxt sonluqla sonlanmır. Bu, onların xarakterlərinin və həyat tərzlərinin fərqli olması ilə əlaqəlidir. Çünki Dolça bürcü çox əyləncəli və çılğındır. Qız bürcü isə daha sakit və məntiqlidir. Bu vəziyyətdə bir-birlərini başa düşmək çətin olur. Ancaq onlar çox yaxşı iki dost ola bilərlər. Ancaq sevgi mövzusunda onları bir az çətinliklər gözləyir.
Etiketlər: Dolça, bürcü, Ancaq, sonluqla, yaxşı, xarakterlərinin, həyat, fərqli, olması, onların, tərzlərinin, ümumilikdə, nəticələnəcək, münasibət, birliyi, əlaqəlidir, xoşbəxt, sonlanmır, əyləncəli, sevgi
BİZİ İZLƏYİN