• Tərəzi və Şir bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 2 588

Tarix : 16-09-2017, 09:00

Bölmə : Bürclər


Güclü tərəfləri ilə Şir və analitik bir zəkaya sahib olan Tərəzi cütlüyü uzunmüddətli münasibət yaşaya bilər. Hər nə qədər lider bir bürc olsa da, Şir tək qalmağı sevmir və münasibətə böyük əhəmiyyət verir. Hətta evlilik Şir bürcünün əsas prioritetləri arasındadır. Tərəzi bürcü üçün ailə və ev çox əhəmiyyətli iki anlayışdır. Şir Tərəzinin bu dəyərlərə olan diqqətinin fərqindədir. Əgər uzunmüddətli münasibət yaşamaq istəyirlərsə, Şir Tərəziyə onu sevdiyini hiss etdirməlidir. Şir rahatlığa olan marağı ilə tanınır. Bu, sadəcə geyimdə deyil, getdiyi məkanlardan, mindiyi maşından, oturduğu evdən də başa düşülür. Şir elə həyata sahib olmaq üçün çox çalışır. Tərəzi isə həyatda xoşbəxtliyi işdən çox əyləncə ilə əldə etmək istəyir. Bu ikili çətinliklə də olsa, bir yerdə xoşbəxt vaxt keçirə bilər. Tərəzi bürcü bu aralar sevgilisindən daha çox diqqət gözləyir. Bunu dilə gətirmirsə də, sevgilisini kiçik sürprizlərlə sevindirə bilər. Tərəzi bürcü bu aralar özünü qəmqin hiss edir. Onu heç getmədiyi yerlərə və ya çoxdandır getmək istədiyi bir filmə aparın. Belə balaca jestlər onu yenidən canlandıracaq. Tərəzi bürcü və Şir bürcü münasibətində hər iki tərəf razıdır. Şir bürcü biraz eqoistdir və məsuliyyəti mövzusunda biraz problemlər yaşaya bilər. İşgüzar bir bürcdür, ancaq sevgi münasibətlərində məsuliyyətsizliklərə yol verir. Diqqət göstərmək əvəzinə, diqqət görmək istəyir. Bu vəziyyətdə Tərəzi bürcü gözlədiyi diqqəti görmür. Ancaq cütlüyün bir çox ortaq cəhətləri var. Hər ikisi də ayaqda sağlam dura bilir. Yaxşılıqsevər bürclər olan Tərəzi və Şirin ilk andan etibarən aralarında qüvvətli bağ yarana bilər. Zamanla bir-birlərini daha yaxşı tanıyan cütlüyün münasibəti xoşbəxt sonluqla nəticələnəcək.
Etiketlər: Tərəzi, bürcü, bilər, aralar, verir, xoşbəxt, cütlüyün, biraz, istəyir, diqqət, uzunmüddətli, yaşaya, sahib, münasibət, ancaq, tərəf, münasibətlərində, sevgi, razıdır, məsuliyyəti
BİZİ İZLƏYİN