• Tərəzi və Qız bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 5 195

Tarix : 17-09-2017, 09:00

Bölmə : Bürclər


Qız bürclər aləmində ən işgüzar bürcdür. Qızın bu işgüzarlığı və əzmi Tərəzi bürcünün diqqətini cəlb edəcək. Hava ünsürü olan Tərəzi ilə torpaq ünsürü olan Qız münasibətlərində ilkin mərhələni uğurlu başa vursalar, bu münasibət uzunmüddətli olacaq və xoşbəxt evliliklə sonlana bilər. Cütlüyün əsas problemi Tərəzinin əyləncəyə meyilli olmasından qaynaqlanacaq. Çünki qız bürcü üçün əyləncə yox, iş ön plandadır. Bu vəziyyətdə qızlar işdən vaxt tapıb Tərəzi ilə birgə sosiallaşmağı bacarsa, birlikdə xoşbəxt olacaqlar. Tərəzilər və tənqit etməyi sevən Qızlar arasında mütəmadi olaraq münasibət pozğunluqları yaşanacaq. Bu vəziyyətdə atıla biləcək ən gözəl addım cütlüyün bir-birinə qulaq asıb məsələnin həll yolunu tapmağa çalışmasıdır. Bu münasibətdə ikili bir-birinə sevgi ilə bağlı olacaq. Ancaq bir-birlərini həddən artıq sevgi göstərərək boğa bilərlər.
Etiketlər: Tərəzi, ünsürü, münasibət, xoşbəxt, vəziyyətdə, birinə, sevgi, olacaq, olaraq, mütəmadi, arasında, pozğunluqları, yaşanacaq, biləcək, atıla, Qızlar, sevən, olacaqlar, birlikdə, Tərəzilər
BİZİ İZLƏYİN