• Tərəzi və Tərəzi bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 2 586

Tarix : 19-09-2017, 09:00

Bölmə : Bürclər


Bir Tərəziyə hisslər bəsləyən digər Tərəzi qarşısındakının zəif və güclü tərəflərini çox yaxşı bilir. Tərəzi ağıllı bir bürcdür. Ağlı ilə qarşısındakının diqqətini cəlb etməyi yaxşı bilir. Ağlı ilə qarşısındakı Tərəzi bürcünün marağını cəzb etsə, çox gözəl münasibət başlayacaq. Hər ikisi də evlilik mövzusuna müsbət baxdığı üçün bu münasibətin nəticəsi evlilik olaraq görünür. Ancaq yenə də, diqqətli olmaq lazımdır. Özü ilə eyni xüsusiyyətlərə malik olan biri ilə münasibət yaşamaq vaxtaşırı mübahisələrə gətirib çıxara bilər. İki Tərəzinin münasibətindən rahatlıqla danışmaq olar, çünki ikisi də güclü insanlardır. Bir-birlərini başa düməkdə çətinlik çəkməyəcəklər və münasibətləri əyləncəli olacaq. Tərəzi bürcündən olan bir qadın güldürməyi çox sevir. Hər iki tərəf də ən çox çöldə vaxt keçirməyi sevir. Tərəzi qadını ailəsinə bağlıdır. Yaxşı iş qadını olması ilə yanaşı, yaxşı evdar xanımdırlar. Ana olmaq tərəzi qadınına çox yaraşır. Tərəzi kişisi bu xüsusiyyətlərə sahib olan bir qadınla gözü bağlı evlənməyə hazırdır. İkisi bir yerdə evdə vaxt keçirməyi xoşlayırlar. Çünki sadəcə televizora baxaraq da gözəl vaxt keçirə bilirlər. Bənzər xarakterlərə sahib olduqları üçün vaxtaşırı ciddi və şiddətli mübahisələr edəcəklər.
Etiketlər: Tərəzi, yaxşı, ikisi, evlilik, keçirməyi, qadını, münasibət, vaxtaşırı, sahib, bilir, olmaq, xüsusiyyətlərə, gözəl, qarşısındakının, güclü, sevir, evdar, yaraşır, yanaşı, qadınına
BİZİ İZLƏYİN