• Tərəzi və Balıq bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 651

Tarix : 23.09.2017, 09:00

Bölmə : Bürclər




Balıq və Tərəzi bürcü üçün mükəmməl bir münasibət yaşayacaqlarını desək, düzgün olmaz. Əslində astroloqların böyük bir hissəsi bu münasibətin uzun ömürlü olmayacağını desə də, Balığın həssaslığı və Tərəzinin düzgün şəxsiyyəti ilə bir-birlərinə uyğun cütlük olduqlarını hesab etmək olar. Tərəzi dostları ilə vaxt keçirməyi, Balıq isə öz iç dünyasında xəyallar quraraq yaşamağı sevir. Balıq Tərəzi ilə bir yerdə gəzməyi və əylənməyi bacarsa və ya əksinə Tərəzi dostlarından çox sevgilisi ilə bərabər tək qalıb gözəl vaxt keçirməyə üstünlük versə, cütlük xoşbəxt sevgi münasibəti yaşayacaq. Düzgünlüyün və bərabərliyin tərəfdarı olan Tərəzi bürcü hər yerdə bu xüsusiyyətini büruzə verir. Əsasən də, sevdiyinə zərər verəcək insanlardan onu uzaq tutmağa və qorumağa çalışır. Onun bu hərəkəti Balıq bürcünün xoşuna gələcək. Hər zaman ədalət tərəfdarı olan Tərəzi bürcü münasibətində də sakit və ədalətli davranır. Qısqanclıq, ya da münaqişələrdən uzaq durmağa çalışır. Tərəzi bürcü qədər sakit və anlayışlı bir bürc varsa, o da Balıq bürcüdür. Romantik və olduqca sakit bir xarakterə sahib olan Balıq bürcü sevgilisi ilə vaxt keçirməyi çox sevir. Balıq evinə və ailəsinə çox bağlıdır. Sevgilisi onun üçün çox əhəmiyyətlidir və onu xoşbəxt etmək üçün əlindən gələni edir.
Etiketlər: Tərəzi, Balıq, bürcü, sakit, keçirməyi, tərəfdarı, sevir, sevgilisi, xoşbəxt, cütlük, çalışır, yerdə, etmək, düzgün, qorumağa, əhəmiyyətlidir, tutmağa, Sevgilisi, hərəkəti, xoşuna
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN