Partnyoruna sevgini iliklərinə qədər yaşada bilən bir bürc varsa, o da Əqrəbdir. Torpaq ünsürünə mənsub Qız və su ünsürünə mənsub Əqrəb mükkəmməl bir eşq yaşayacaq. Qız bürcü öyrənməyə meyillidir və Əqrəbdən öyrənəcəyi çox şey var. Əqrəb sevgini elə dərindən yaşayır və yaşadır ki, insanın həyatında dərin izlər buraxır. İnsanın ağlını başından alan baxışlara sahib olan, insana təsir etməyi yaxşı bilən Əqrəb və işgüzarlığı ilə bilinən Qız bir yerdə çox gözəl cütlük olacaq. Uzunmüddətli bir münasibət yaşamaq istəyirlərsə, Qız bürcü Əqrəbin inamını qazanmaq üçün nələrsə etməlidir. Əks təqdirdə Əqrəb bürcünün qısqanclıqları sizi həyatınızdan bezdirə bilər. Qız bürcü və Əqrəb bürcü arasında inanılmaz bir cazibə var. Bu ikili ilk gördükləri andan etibarən bir-birlərinə nifrət edə bilər, amma bu nifrət zamanla sevgiyə çevriləcək. Əqrəb bürcünün baxışlarına heç kim qarşı gələ bilməz. Ancaq bu ikilinin bir yerdə yaşaması düzgün bir seçim olmaya bilər. Qız bürcü heç vaxt səhv fikirləşdiyini qəbul etməz və hər şeyi bildiyini fikirləşər. Bu da Əqrəb bürcünü zamanla narahat edər. Çünki Əqrəb bürcü özünə bu dərəcədə inanan insanla bir yerdə olmaq istəməz. Bu iki bürc tənqid edilməkdən xoşlanmır, ancaq ikisi də tənqid etməyi sevir. Bu bürclər bir-birlərini cəzb edirlər.
Etiketlər: Əqrəb, bürcü, yerdə, bilər, mənsub, zamanla, etməyi, ünsürünə, nifrət, tənqid, bilən, sevgini, bürcünün, arasında, qarşı, bilməz, Ancaq, düzgün, yaşaması, ikilinin