• Əqrəb və Dolça bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 10 951

Tarix : 5-10-2017, 09:00

Bölmə : Bürclər


Əqrəb bürcü zəkalı insanların heyranıdır. Həddindən artıq ağıllı olan bir Dolça da Əqrəbi cəlb etməyi bacaracaq. Bu münasibət çox uyğun olmasa da, Əqrəb və Dolça münasibət qura bilər. Həddindən artıq qısqanc bürc olan Əqrəb sevdiyi insanı hər an izləyir və onun özünü qəfəsdə hiss etməsinə səbəb olur. Bu onun insanlara olan inamsızlığından qaynaqlanır. Dolça ağlından istifadə edib Əqrəbin ona etibar etməsini təmin edə bilsə, xoşbəxt bir münasibətləri ola bilər. Ancaq Əqrəb bürcünün Dolçanın olduqca azad ruhlu bir insan olduğunu unutmaması vacibdir. Bu cütlük qısqanclıq mövzusunda ciddi problemlər yaşaya bilər. Dolçalar məhdudlaşdırılmağı sevmirlər. Əqrəb ona güvənsə, birlikdə xoşbəxt bir münasibət qura bilər. Dolça bürcü həyatının hər dövründə azadlıq üçün çalışır. Təbii ki, bu müddət ərzində ən gözəl sevgiləri yaşamağı da unutmur. Amma Əqrəb və Dolça bürcünün yola getməsi o qədər də asan olmayacaq. Bu cütlüyün xarakterləri bir-birindən çox fərqlidir. Əqrəb bürcü qısqancdır. Amma Dolça onun himayəsində, onun qəfəsində yaşayacaq səbri göstərməyə bilər.
Etiketlər: Əqrəb, Dolça, bilər, münasibət, bürcü, bürcünün, xoşbəxt, Həddindən, artıq, birlikdə, güvənsə, həyatının, dövründə, Təbii, çalışır, azadlıq, sevmirlər, məhdudlaşdırılmağı, mövzusunda, problemlər
BİZİ İZLƏYİN