• Oxatan və Qız bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 2 719

Tarix : 12-10-2017, 09:00

Bölmə : Bürclər


Od ünsürünə mənsub Oxatan və torpaq ünsürünə mənsub Qız cütlüyü olduqca gözəl bir münasibət yaşaya bilər. Gözəl bir münasibət yaşamaq üçün hər iki tərəf də fədakar olmalıdır. Oxatan bürcü qarşısındakından əmin olduqdan sonra səmimi davranmağa başlayacaq. Oxatan və Qız bürcləri xoşbəxt münasibət yaşamaq istəyirlərsə, Qız bürcü işgüzarlığından Oxatan isə azadlığından fədakarlıq etməlidir. Həm Oxatan, həm də Qız bürcü inadkardır. Bəzən adi mövzularda inadkarlıq edə bilərlər. Bu inadkarlıqları ayrılıqla sonlana bilər. Ona görə bu inadkar cütlükdə uzunmüddətli münasibət görünmür. Ancaq bu münasibətə son qoyduqdan sonra uzun müddət hər ikisi də bunun təsirindən çıxa bilməyəcək. Həm Qız, həm də Oxatan axtardıqları həyəcanı və məhəbbəti bu münasibətdə tapa bilər. Qız bürcünə mənsub insanların ağıllarında hər an nəsə bir fikir var və bu qarışıq fikirlərə görə qarşılarındakını incidə bilərlər. Bu vəziyyətdə Oxatan bürcü Qız bürcünün üstünə çox getməsin. Ancaq Qız bürcü də Oxatanın azadlığına düşkün olduğunu unutmamalıdır. Oxatan bürcü kiçik bir problemlə üzləşən zaman həmin anda uzaqlaşmağı üstün tuta bilər. Qız və Oxatan bürclərinin düşüncələri üst-üstə düşür və hər ikisi də ayaqda sağlam durmağı bacaran bürclərdir. Ortaq məqsədləri, həyatdan əldə etmək istədikləri bənzərdir. Bu vəziyyətdə də cütlüyün münasibəti uzun müddətli evliliklə sonlana bilər.
Etiketlər: Oxatan, bürcü, bilər, münasibət, mənsub, ikisi, Ancaq, bilərlər, sonlana, yaşamaq, sonra, vəziyyətdə, ünsürünə, olduğunu, fikir, düşkün, unutmamalıdır, ağıllarında, problemlə, kiçik
BİZİ İZLƏYİN