• Oxatan və Oxatan bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 1137

Tarix : 15.10.2017, 09:00

Bölmə : Bürclər




Özünə xas bir bürc olan Oxatan bürcünü bürclər dünyasında bəlkə də ən yaxşı anlayan yenə digər bir Oxatan bürcü olacaq. Bu eqosu yüksək və özünə inamı tam olan Oxatan bürcü onu anlaya bilməyəcək digər bir bürc ilə yola getməkdə çətinlik çəkə bilər. Amma ən az onun qədər özünə güvənən digər bir Oxatan ilə razılaşması ən azından daha asan olacaq. Bu ikili üçün eşqdə 80% şans verilir. Bu da bənzər xarakterlərə sahib olmaqlarından qaynaqlanır. Amma yenə də, qarşısında özünə bənzər birini görmək onun üçün xoş olmaya da bilər. Eqoları ilə hərəkət edən bu ikilinin bir-birlərinə qarşı özlərini bir az cilovlaması lazımdır. Əks halda bir-birlərinin eqoları altında əzilərlər, bu əlaqə də başlamadan bitə bilər. Olduqca xoşbəxt bir münasibət də ola bilər. Çünki hər ikisi də gəzməyə və əylənməyə olduqca düşkündür. Bu vəziyyətdə də bu cütlük üçün ümid var. Oxatan bürcünün optimist və sevilən biri olması da, hər ikisinin bir-birinə heyranlıq duyması mənasını verir. Bu heyran baxışlar altında bu əlaqənin qısa müddətdə gerçək bir eşqə çevrilməsi də mümkündür.
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN