• Oğlaq və Xərçəng bürcü uyğunluğu

Reseptin məlumatları Baxış sayı: 3 585

Tarix : 22-10-2017, 09:00

Bölmə : Bürclər


Hər ikisi də həssas bürc olsalar da, Oğlaq bürcü üçün hisslərini göstərmək çətindir. Hər kəs Oğlaqın soyuq və təmkinli olduğunu deyir, əslində Oğlaqların soyuq görünüşünün altında balaca həssas uşaq yatır. Onlar o balaca uşağı ancaq inandığı və sevdiyi insana göstərirlər. Oğlaq bürcünə sevgisini göstərən Xərçənglər dünyanın ən xoşbəxt insanlarıdır. Ən sadiq bürclərdən biri olan Oğlaq, sevdiyini xoşbəxt etmək üçün əlindən gələni edir. Ancaq Oğlaqlar sözü üzə deyəndir və bu xüsusiyyəti ilə Oğlaqlar həssas Xərçənglərin xətrinə dəyə bilərlər. Yenə də Xərçəngin könlünü almaq elə də çətin olmayacaq. Bu münasibəti idarə edən tərəf Oğlaq olacaq. Oğlaqlar da həssas bürcdür, ancaq lazım olan yerlərdə məntiqi ilə hərəkət edir. Oğlaqlar evlərinə bağlı və sadiq insanlardır. Oğlaq bürcü işləməyi sevir və vaxtının çoxunu işinə ayırır. İşdən sonra evə gələndə ayağını uzadıb televizora baxmaq istəyəcək. Ancaq bu ikili çöldə çoxlu vaxt keçirməlidirlər. Və bu vəziyyətdə evə bağlı Xərçənglər Oğlaqlara uyğunlaşmalıdır.
Etiketlər: Oğlaq, həssas, Oğlaqlar, sadiq, balaca, ancaq, bağlı, Xərçənglər, xoşbəxt, Ancaq, bürcü, soyuq, münasibəti, evlərinə, olmayacaq, çətin, insanlardır, idarə, tərəf, bürcdür
BİZİ İZLƏYİN